AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / İKT / Valideyn / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Dünya / Manşet / Bölgə
31 iyul 2025
715

Avropa Çempionatının qalibi ilə görüş keçirilib



Elm və təhsil naziri Emin Əmrullayev 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə görüşüb.

AzTehsil.com xəbər verir ki, nazir tələbə-idmançıları əldə etdikləri qələbə münasibətilə təbrik edib, onların bu uğurunu həm ali təhsilin idman sahəsində beynəlxalq səviyyədə tanıdılması, həm də ölkəmizin gənclərinin potensialının nümayişi baxımından yüksək qiymətləndirib. Emin Əmrullayev bildirib ki, tələbə və gənclərin həm təhsil, həm də idman sahəsində fəal iştirakı, mütəmadi təşkil edilən liqa və turnirlərdə formalaşan sağlam rəqabət mühiti onların inkişafında mühüm rol oynayır. Nazir tələbə futbolçulara bundan sonra da həm təhsildə, həm də idmanda uğurlar arzulayıb.


Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov bildirib ki, 2023-cü ildə təsis edilmiş Azərbaycan Tələbə Liqası tələbələr arasında yarışların keçirilməsinə, idmanda istedadlı gənclərin üzə çıxarılmasına və onların beynəlxalq arenalara hazırlanmasına böyük töhfə verib. Nazir müavini vurğulayıb ki, bu yarışlar sayəsində formalaşan tələbə komandamız bu gün Avropa çempionu olaraq ölkəmizin təhsil və idman həyatında tarix yazıb. Nazir müavini tələbələrin qələbəsini Azərbaycanın ali təhsil sisteminin nailiyyəti kimi qiymətləndirib, bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Tədbirdə çıxış edən komanda üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Görüşün sonunda komandanın adından elm və təhsil nazirinə xatirə futbol köynəyi təqdim olunub.


Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib.


Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinə 7:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb.


Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.





Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Futzal üzrə ölkə çempionatı keçiriləcək

Futzal üzrə ölkə çempionatı keçiriləcək

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Milli Dirçəliş Günü” münasibəti ilə Samux Rayon TŞ-nin tabeliyində fəaliyyət göstərən UG İM-nin idmançıları arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

“Milli Dirçəliş Günü” münasibəti ilə Samux Rayon TŞ-nin tabeliyində fəaliyyət göstərən UG İM-nin idmançıları arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Respublikamızın fəxri müəllimlərindən olan Manafov Əsgər

Respublikamızın fəxri müəllimlərindən olan Manafov Əsgər

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Ağstafada 7-ci siniflər arasında futbol yarışının qalibi müəyyən olub.

Ağstafada 7-ci siniflər arasında futbol yarışının qalibi müəyyən olub.

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.