Xəbərlər
12 mart 2020
1 254


Futzal üzrə ölkə çempionatı keçiriləcək

Futzal üzrə ölkə çempionatı keçiriləcək

 

Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkatma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Təhsil Nazirliyi, Azərbaycan Futzal Federasiyası Assosiasiyasının əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin idman klublarının rəhbərləri iştirak edib.

Bildirilib ki, çempionatın cari ilin 4 aprel tarixində start götürməsi və 10 may tarixində yekunlaşması nəzərdə tutulur. Çempionatda 35 ali və orta ixtisas təhsil müəssisələrinin komandaları iştirak edəcək. Komandaların 22-si Bakı şəhərini, 13-ü isə regionları əhatə edir. Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparacaq. Yarımqrup oyunlarının beşi Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan və Gəncə şəhərləri) keçiriləcək. Sonrakı mərhələlər 1/16, 1/8, 1/4, yarımfinal və final oyunlarını əhatə edir. Oyunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək. Çempionat mövcud beynəlxalq qaydalar əsasında keçiriləcək. Oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. Çempionatda I, II və III yeri tutan komandalar müvafiq diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.  Bundan başqa təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi mükafatlarla təltif olunacaq.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsinin təmin edilməsi, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, həmçinin, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Qeyd edək ki, futzal üzrə çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futzal Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.
edu.gov.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası”na start verilib

Futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası”na start verilib

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Basketbol idman növü üzrə “Təhsil Liqası”na start verilib

Basketbol idman növü üzrə “Təhsil Liqası”na start verilib

"Tələbə Kuboku" mini futbol üzrə rayon turniri keçiriləcək

"Tələbə Kuboku" mini futbol üzrə rayon turniri keçiriləcək

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə start verilib

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə start verilib

Qılıncoynatma üzrə açıq birincilik

Qılıncoynatma üzrə açıq birincilik

Respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub

Respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları

Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Boks üzrə respublika birinciliyi

Boks üzrə respublika birinciliyi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi davam edir

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi davam edir

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb