Xəbərlər
19 aprel 2017
3 002


Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

 

Təhsil Nazirliyinin dəstəyi, Coca-Cola şirkətinin sponsorluğu və AFFA-nın təşkilatçılığı ilə orta məktəblərin VII sinif şagirdləri arasında "Coca-Cola məktəbli kuboku layihəsi”nin 2016-2017-ci il mövsümü keçirilir. Layihənin keçirilməsində məqsəd ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin edilməsidir.
 

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

 

Məlumat üçün bildirək ki, yarışın rayon turu yanvar ayında başlayıb.
Aprelin 19-da Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbin idman zalında rayon turunun final mərhələsi keçirilib. Bu mərhələdə I yerə Yengiyan kənd tam orta məktəbin, II yerə Humanitar fənlər gimnaziyasının, III yerə isə Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.
 

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

 

Qaxda keçiriləcək zona birinciliyində Yengiyan kənd tam orta məktəbin şagirdlərindən ibarət komanda iştirak edəcək.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...