AzTehsil.com
EN


Xəbərlər
22 noyabr 2019
1 639


V SABAH Tələbə Debat Forumu



V SABAH Tələbə Debat Forumu

 

"Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsi çərçivəsində SABAH qrupları layihəsinin və Milli Debat Proqramının birgə təşkilatçılığı ilə "V SABAH Tələbə Debat Forumu” keçirilib.

"SABAH Tələbə Debat Forumu”nun əsas məqsədi SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinin təminatı, onların müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı,  natiqlik bacarıqlarına yiyələnməsidir. Həmçinin, tələbələr arasında intellektual oyunlarda iştiraka maraq yaradılması, müxtəlif universitetlərdə təhsil alan SABAH tələbələri arasında ünsiyyətin artırılmasına şərait yaratmaq da əsas məqsədlərdəndir.

"Ekoloji problemlərin yaranmasının əvvəlcədən qarşısının alınmasında və mövcud problemlərin aradan qaldırılmasında innovativ metodlar tətbiq olunmalıdır” mövzusu ətrafında keçirilən Forumun qrup və "play-off” oyunlarında ümumilikdə 6 universiteti təmsil edən 22 komanda mübarizə aparıb. Debat raundlarında uğurlar qazanan Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC)  "Tanrının övladları” və "Alpha” komandaları finala vəsiqə qazanıblar.11 tələbə forumun ən yaxşı natiqləri adına layiq görülüb.

Finalda Azərbaycan Dövlət İqtisad Universitetinin "Tanrının övladları”  komandası Forumun qalibi olub. Qalib komandaya kubok təqdim edilib

Forum Təhsil Nazirliyinin dəstəyi ilə, Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən keçirilib.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı və bacarıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.

SABAH qrupları 2014-2015-ci tədris ilində 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat) 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 36 ixtisas və 2400-dən çox tələbəni əhatə edir. edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna başlayır - Müsabiqə

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

"Mən SABAHın məzunuyam”

"Mən SABAHın məzunuyam”

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH teatrı Beynəlxalq Festivalda mükafat qazanıb

SABAH teatrı Beynəlxalq Festivalda mükafat qazanıb

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Bilik yarışmasının birinci turu başa çatıb

Bilik yarışmasının birinci turu başa çatıb

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

Sabah ali məktəbə imtahan verəcəkdilər – Bu gün qəzada öldülər

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi