AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Bakalavr / Dünya / Manşet / Bölgə / Şagird
29 iyul 2025
850

Kollec tələbələrinin hərbi xidmətə çağırış problemi




Kollec tələbələrinin hərbi xidmətə çağırış problemi- Həll yolu NƏDİR?

Kolleclərə qəbul olan gənclərin hərbi xidmətə çağırılması məsələsi valideynləri və abituriyentləri narahat edən əsas problemlərdəndir. AzTehsil.com- n əldə etdiyi məlumata görə Təhsil eksperti Kamran Əsədov  açıqlamasında məsələni şərh edərkən bildirib ki, Azərbaycanda kolleclərə qəbul olunan gənclərin hərbi xidmətə çağırışı məsələsi illərdir həll olmamış qalır:


"Bu məsələ yalnız hüquqi aspekt deyil, həm də sosial, psixoloji və təhsil strategiyasına birbaşa təsir göstərən məsələdir. Təəssüf ki, bu sahədə normativ hüquqi bazada mövcud olan qaydaların tətbiqi ardıcıl deyil, marifləndirmə zəifdir, istisna və tətbiq hallarının izahı isə ziddiyyətlidir. Məhz bu səbəbdən kolleclərə qəbul olunan gənclərin çoxu hansı halda hərbi xidmətə çağırılacaqlarını, hansı halda möhlət hüququndan istifadə edə biləcəklərini bilmirlər. Bu da onların təhsil planlarını qeyri-müəyyənliyə sürükləyir".


Qanun nə deyir?


"Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 21-ci maddəsinə əsasən, təhsil alan gənclərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilə bilər. Həmin qanunda qeyd olunur ki, gənclər orta ixtisas və ali təhsil müəssisələrində təhsil aldıqları dövrdə hərbi xidmətə çağırılmırlar. Lakin bu norma bütün kolleclərə və bütün tələbələrə şamil edilmir. Əsas fərq, hansı təhsil bazası üzrə — 9 illik, yoxsa 11 illik — kolleclərə qəbulun həyata keçirilməsi ilə bağlıdır. Qanunvericiliyə görə, yalnız 9 illik təhsil bazası əsasında kolleclərə qəbul olunan tələbələr 22 yaşına qədər hərbi xidmətə çağırışdan möhlət hüququna malikdirlər. Bu müddət ərzində tələbə kollecdə təhsilini davam etdirə bilər. Amma 11 illik təhsil bazasından sonra kolleclərə qəbul olunan tələbələr bu möhlət hüququndan istifadə edə bilmirlər. Bu, həm hüquqi baxımdan ayrı-seçkilik yaradır, həm də eyni səviyyəli təhsil alan şəxslər arasında fərqli münasibət formalaşdırır.


Bu yanaşmanın neqativ tərəfləri aydındır: 11 illik məktəb bitirib kollecə daxil olan tələbə, bəzən təhsilinin birinci ilində hərbi xidmətə çağırılır və təhsili yarımçıq qalır. Bu isə onun gələcək akademik və peşəkar inkişafına birbaşa zərbə vurur. Tələbənin təhsilinə qayıtması üçün əlavə prosedurlar tələb olunur, motivasiya itir, təhsildən uzaqlaşma riski artır. Halbuki eyni kollecdə 9 illik baza ilə oxuyan tələbə bu problemi yaşamır. Belə hüquqi ziddiyyətlər qanunun ruhuna ziddir və təhsilin fasiləsizliyi prinsipini pozur".


Beynəlxalq təcrübə nədən xəbər verir?


"Bu məsələdə müsbət hal ondan ibarətdir ki, qanun möhlət hüququnu tanıyır və tələbələrə bu imkanı verir. Amma bu imkan tənzimlənərkən fərqliliklər qeyri-ədalətli şəkildə tətbiq edilir. Müasir dünya təcrübəsi isə fərqli yanaşma ortaya qoyur. Məsələn, Türkiyədə peşə məktəblərinə və ikiillik proqramlara qəbul olunan bütün gənclərə — istər 8-ci, istərsə də 12-ci sinif məzunu olsun — təhsil müddətində hərbi xidmətə çağırışdan möhlət verilir. Almaniyada və Skandinaviya ölkələrində isə ümumiyyətlə könüllü və peşə yönümlü təhsili təşviq etmək üçün gənclərin hərbi xidmətdən tamamilə azad olunması halları mövcuddur. Bu yanaşmaların məqsədi gəncləri təhsildən uzaqlaşdırmaq deyil, əksinə, onları daha çox təhsilə cəlb etməkdir".


Mövcud boşluqlar necə aradan qaldırıla bilər?


"Hazırda kolleclərdə təhsil alanların sayı hər il təxminən 25-30 min nəfər arasında dəyişir. Onların təxminən 60 faizi 9 illik, 40 faizi isə 11 illik baza ilə daxil olur. Beləliklə, 11 illik baza ilə daxil olan təxminən 12 minə yaxın tələbə hər il təhsilini yarımçıq qoymaq riski ilə üz-üzə qalır. Bu, həm fərdi təhsil hüququnun pozulmasıdır, həm də dövlətin təhsil resurslarının itkisidir. Əgər bir tələbə kollecə qəbul olunubsa, bu, artıq onun təhsil seçimini etdiyini göstərir. Dövlət bu seçimə hörmət etməli və fərqləndirmə aparmadan möhlət hüququ təqdim etməlidir.


Bu sahədə dəyişiklik üçün ilk növbədə qanunvericilikdə vahid yanaşma tətbiq olunmalıdır. Təhsil səviyyəsindən asılı olmayaraq, bütün kollec tələbələrinə — həm 9, həm də 11 illik baza üzrə daxil olanlara — təhsil müddətində hərbi xidmətdən möhlət hüququ tanınmalıdır. Mövcud fərqləndirmə aradan qaldırılmalı, qanunda və icra mexanizmlərində bu hüquq aydın şəkildə göstərilməlidir. Eyni zamanda, bu istiqamətdə geniş izahlı təbliğat kampaniyaları həyata keçirilməli, hər il statistika açıqlanmalı və bu sahədə təklif olunan hüquqi dəyişikliklər barədə cəmiyyət məlumatlandırılmalıdır.


Əgər bu dəyişikliklər həyata keçirilsə, təhsil sistemində ardıcıllıq təmin olunacaq, gənclərin təhsil hüququ qorunacaq, və dövlət özünün təhsilin inkişafı ilə bağlı açıqladığı hədəflərə real addımlarla yaxınlaşacaq. Əks halda, gənclər üçün kollec təhsili cazibəsini itirəcək, və bu pillə sadəcə kağız üzərində qalmış formal təhsil səviyyəsinə çevriləcək. Təhsil – hərbi xidmət dilemması gənclər üçün böyük problem olaraq qalacaq".



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017