AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
29 iyul 2025
1 210

İmtahan fırıldaqçıları ilə bağlı DİM-dən RƏSMİ AÇIQLAMA



Xəbər verdiyimiz kimi, ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.


AzTehsil.com- n əldə etdiyi məlumata görə, xəbər verir ki, məsələ ilə əlaqədar Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, DİM-in keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir.


"İştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.


DİM imtahan iştirakçılarını maarifləndirmək, həmçinin baş verə biləcək pozuntu hallarını törətməkdən çəkindirmək məqsədilə mütəmadi olaraq imtahanlardan dərhal sonra hər hansı qayda pozuntusu baş veribsə, bununla bağlı ictimaiyyətə məlumat təqdim edir.


İstər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.


Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Belə hal baş verdikdə Dövlət İmtahan Mərkəzi hüquq mühafizə orqanlarına müraciət edir", - açıqlamada bildirilib.


Qeyd olunub ki, hazırda kütləvi informasiya vasitələrində yayılan və bəzi imtahanlarda binanın girişində yoxlama zamanı iştirakçıların üzərlərində komplekt halda xüsusi ötürücü qurğuların (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkarlanması və bununla bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciət etməsi faktları doğrudur:


"Qeyd olunan faktlarla bağlı hazırda müvafiq qurumlar tərəfindən istintaq davam etdirilir. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək".





Həmçinin oxuyun:
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

DİM imtahan iştirakçılarını tələb olunan imtahan qaydalarına riayət etməyə çağırır

DİM imtahan iştirakçılarını tələb olunan imtahan qaydalarına riayət etməyə çağırır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

DTX tərəfindən imtahan fırıldaqçıları ifşa edilib

DTX tərəfindən imtahan fırıldaqçıları ifşa edilib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Nadir  İsrafilov -Yeniyetmənin düşünülmüş və ya düşünülməmiş əməli onun ümidini puça çevirmiş oldu...

Nadir İsrafilov -Yeniyetmənin düşünülmüş və ya düşünülməmiş əməli onun ümidini puça çevirmiş oldu...

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası