AzTehsil.com


Xəbərlər / Müəllim
20 fevral 2021
879


DİM imtahan iştirakçılarını tələb olunan imtahan qaydalarına riayət etməyə çağırır



DİM imtahan iştirakçılarını tələb olunan imtahan qaydalarına riayət etməyə çağırır

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də qəbul və imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.

Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səs ötürücü qurğu tapılmışdır. Həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunmuş və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılmışdır. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaqdır.

Dövlət orqanında müqavilə əsasında çalışan və gələcəkdə inzibati rəhbər vəzifə tutmaq istəyən bir şəxs tərəfindən belə bir qayda pozuntusunun törədilməsi təəssüf hissi doğurur. Dövlət qulluqçularının etik davranış qaydalarında qeyd olunduğu kimi, dövlət qulluqçusu və ya dövlət qulluğunda çalışmaq istəyən insanlar bütün hallarda hər bir şəxs üçün nümunə olmalıdırlar. Gələcəkdə dövlət qulluqçusu olmaq istəyən şəxs dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Bu kimi halların baş verməsi Dövlət İmtahan Mərkəzinin də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi, ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən olan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli olur. İmtahanların təşkili zamanı bütün qeyd edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin və maddi vəsaitlin xərclənməsini zəruri edir və təbii ki, DİM-in resurslarının daha səmərəli istifadə olunmasına mane olur.

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.



Загрузка...
Həmçinin oxuyun:
İmtahan vermək istəyənlər ifşa olundu

İmtahan vermək istəyənlər ifşa olundu

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur - AÇIQLAMA

Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur - AÇIQLAMA

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Bu abituriyentlər imtahandan QOVULDU

Bu abituriyentlər imtahandan QOVULDU

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

Qəbul imtahanında 17 nəfər uğur qazanıb

Qəbul imtahanında 17 nəfər uğur qazanıb

İmtahana qeydiyyat davam edir

İmtahana qeydiyyat davam edir

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub