Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu...
AzTehsil.com- n əldə etdiyi məlumata görə Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər yaşayış ərazisinə uyğun olaraq yerli təhsili idarəetmə orqanına müraciət etməlidirlər.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, uşaqlarda sağlamlıq imkanlarının məhdudluğu və onların xüsusi təhsilə cəlb olunması rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.