Müəllim 30 bal toplaya bilmirsə....- ƏTRAFLI
AzTehsil.com xəbər verir ki, mövzuyla bağlı Lalə Mehralı öz fikirlərini bölüşüb.O bildirir ki, məsələ yalnız müəllimlərin bacarığında deyil. Əgər ali məktəbdən məzun olmuş, 10 il dövlət məktəbində işləyən müəllim bu gün 30 bal toplaya bilmirsə, burada sistemin də ciddi payı var: “Pedaqoji təhsil, metodika, ixtisasartırma kursları və təkmilləşmə mexanizmləri köklü şəkildə yenilənməlidir. Müəllimi günahlandırmadan əvvəl onu yetişdirən mexanizm sorğulanmalıdır”.
Təhsil eksperti Elmin Nuri isə məsələni daha obyektiv və texniki baxımdan qiymətləndirir. Onun fikrincə, imtahandan kəsilən müəllimlərə geniş imkanlar yaradılıb. İkinci dəfə imtahan vermək, ödənişsiz təlim və seminarlar, hətta minimal keçid balı ilə belə işdə qalmaq imkanları tanınıb: “60 sualdan 30-na cavab verən müəllim yalnız işində qalmaqla kifayətlənmir, həm də maaş artımı qazanır. Bundan artıq hansı humanist addım ola bilər? Əgər bu qədər imkan yaradıldıqdan sonra müəllim hələ də nəticə göstərə bilmirsə, onun məktəbdə qalması təhsilin özünə ziddir”.