Qabiliyyət imtahanları bu tarixdən başlayacaq
"Qabiliyyət imtahanları üzrə 36778 abituriyent qeydiyyatdan keçib". __ AzTehsil.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Eltun Süleymanov qabiliyyət imtahanlarını müşahidə etmək üçün təşkil olunan mediatur zamanı deyib.O qeyd edib ki, musiqi ixtisası üzrə imtahanlar iyulun 1-dən başlayacaq:"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb. İmtahanlar hazırda 3 istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq.Bu istiqamət üzrə ümumi 36778 abituriyent qeydiyyatdan keçib. İmtahanların idarə olunmasında DİM-lə yanaşı, müxtəlif nazirliklərin, ali və orta ixtisas təhsil müəssisələrinin və digər komitə və təşkilatlarin ekspertləri də imtahanın qiymətləndirilməsində iştirak edirlər.İmtahanlar avqustun ortalarına qədər davam edəcək".