AzTehsil.com


Xəbərlər
18 yanvar 2017
2 944


Yanvarın 18də ADU-da mediatur təşkil olunub



Yanvarın 18də ADU-da mediatur təşkil olunub

 

Aztehsil.com modern.az-a istinadən xəbər verir ki, Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə təhsil ekspertləri, KİV nümayəndələri,  QHT təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə mediatur təşkil olunub.

Mediaturda "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC),  "Kaspi”, "İkisahil”, "Respublika” qəzetləri, həmçinin azadinform.az və digər saytların nümayəndələri, AzTV, İTV, ATV, Lider TV-nin əməkdaşları ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər və Pedaqoji (ingilis dili-alman dili) fakültəsində təşkil olunan imtahanların gedişini izləyiblər. İzləmə prosesi zamanı iştirakçılar imtahanların keçirildiyi auditoriyalara və yazı yoxlama otaqlarına baxış keçiriblər.
 
Yanvarın 18də ADU-da mediatur təşkil olunub
 
Mediaturdan öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev iştirakçılarla görüşüb. Universitetdə tədris prosesi haqqında məlumat verən Ə.Abdullayev imtahanların yazılı formada aparıldığını bildirib.

Qeyd edək ki, ADU-da payız imtahan sessiyasına dekabrın 30-da start verilib. İmtahan sessiyası Pedaqoji (ingilis dili - alman dili), Pedaqoji (ingilis dili – fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura fakültələrində və SABAH qruplarında əyani şöbədə 03 fevral 2017-ci il, qiyabi şöbədə isə 09 fevral 2017-ci ilədək davam edəcək.

 Yanvarın 18də ADU-da mediatur təşkil olunub
 
Onu da əlavə edək ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.
İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.
Xatırladaq ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib, İctimai Nəzarət Şurasının bütün üzvlərinin əlaqə telefonları və elektron poçt ünvanları universitetin rəsmi Feysbuk səhifəsində yerləşdirilib.

 Yanvarın 18də ADU-da mediatur təşkil olunub




Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Yanvarın 17-də R. Yusifov adına şəhər 2 nömrəli tam orta məktəbdə zona seminarı keçirilib

Yanvarın 17-də R. Yusifov adına şəhər 2 nömrəli tam orta məktəbdə zona seminarı keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

MƏKTƏB SƏNƏDLƏŞMƏSİ - ümumməktəb sənədləri hansılardır ?

MƏKTƏB SƏNƏDLƏŞMƏSİ - ümumməktəb sənədləri hansılardır ?

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. 

Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib.