Xəbərlər, Müəllim
17 iyun 2021

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

 

İyunun 17-də "Yay məktəbi”nin təşkili ilə bağlı mediatur keçirilib.

BŞTİ-dən   bildirilib ki, Bakı şəhəri 32 nömrəli tam orta məktəb və 62 nömrəli məktəb-liseydə təşkil olunmuş mediaturda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Mediaturun məqsədi media nümayəndələrini ilk dəfə təşkil olunan "Yay məktəbi”nin fəaliyyəti ilə bağlı görülən işlərlə daha yaxından tanış etməkdən ibarətdir.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva "Yay məktəbi”nin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. M.Vəliyeva BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi”nin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İdarə müdiri bildirib ki, ümumi təhsil müəssisələrində təşkil olunan "Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər 30 iyun tarixinədək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.

Media təmsilçiləri "Yay məktəbi”ndə təşkil olunan dərslərin gedişini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, "Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

"Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrində "Yay məktəbi”nin təşkili ilə əlaqədar olaraq #YayMəktəbi həştəq paylaşımlarına start verilib. Belə ki, təhsil müəssisələri, şagird və müəllimlər qeyd edilən həştəqlə "Yay məktəbi” ilə bağlı foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşırlar.


Загрузка...
loading...

Həmçinin oxuyun:
“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı AÇIQLANDI

“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı AÇIQLANDI

Mehriban Vəliyeva: “”Yay məktəbi”nin müddətinin uzadılması hələ dəqiq deyil”

Mehriban Vəliyeva: “”Yay məktəbi”nin müddətinin uzadılması hələ dəqiq deyil”

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

İyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək

“Yay məktəbi”nə hazırlıq davam edir

“Yay məktəbi”nə hazırlıq davam edir

Yay məktəbinə qeydiyyat başlayıb

Yay məktəbinə qeydiyyat başlayıb

Buraxılış sinif şagirdlərinin sayı açıqlanıb

Buraxılış sinif şagirdlərinin sayı açıqlanıb

"Yay məktəb"lərinə qəbul başlayıb

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

BŞTİ müdiri Mehriban Vəliyeva: Bakıda1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

Peşə təmayüllü siniflərə mediatur

Peşə təmayüllü siniflərə mediatur

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

İnternat məktəbinə mediatur təşkil edilib

İnternat məktəbinə mediatur təşkil edilib

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib