AzTehsil.com


Xəbərlər
29 oktyabr 2019
2 155


Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur



Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

 

Oktyabrın 29-da istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 nömrəli məktəb-liseyə mediatur təşkil edilib.

Mediaturun məqsədi ümumi təhsil müəssisəsində təşkil edilən xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub. Bildirilib ki, ötən tədris ilində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri,  Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ və Sabirabad rayonlarında ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılıb. 2019-2020-ci tədris ilində isə xüsusi istedadlı uşaqlar üçün siniflərin şəbəkəsi genişləndirilib, 47 rayonda 83 məktəb üzrə 102 xüsusi sinif yaradılıb.

Respublika üzrə hazırda ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir.  Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Daha sonra media nümayəndələri 220 nömrəli məktəb-liseydə fəaliyyət göstərən riyaziyyat-informatika təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn müsabiqələrinin nəticələri götürülüb. Fənn müsabiqəsində yüksək nəticə göstərən şagirdlər xüsusi siniflərə cəlb ediliblər. Bununla yanaşı, sinif komplektləşdirilməsində həmin şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan keçirilib və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb ediliblər.

Qeyd edək ki, xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərdə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.

Sonda mediatur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb.



Загрузка...
Həmçinin oxuyun:
İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

Peşə təmayüllü siniflər yaradılır

Peşə təmayüllü siniflər yaradılır

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Təmayüllü siniflər ,uğurlar,problemlər

Təmayüllü siniflər ,uğurlar,problemlər

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Fənn müsabiqələrinin final mərhələsi

Fənn müsabiqələrinin final mərhələsi

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Regionlarda lisey sinifləri yaradılacaq

Regionlarda lisey sinifləri yaradılacaq

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

İnternat məktəbinə mediatur təşkil edilib

İnternat məktəbinə mediatur təşkil edilib

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

Lisey siniflərinə imtahanlar keçirilib

Lisey siniflərinə imtahanlar keçirilib

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

V Respublika fənn müsabiqələri keçiriləcək

V Respublika fənn müsabiqələri keçiriləcək

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

38 şəhər və rayonda monitorinq imtahanları keçirildi

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək