AzTehsil.com


Xəbərlər / Ekspert / Manşet
17 oktyabr 2019
2 943


Təmayüllü siniflər ,uğurlar,problemlər



Təmayüllü siniflər ,uğurlar,problemlər


     Təmayülləşmə   müstəqillik dövründə ümumitəhsil pilləsində həmişə pioretet istiqamətlərdən biri olmaqla istedadlı şagirdlərin ayri-ayri ( humanitar,texniki,təbiət və s.) sahələr  üzrə istedad və potensialının inkişafına xidmət edir.


19 iyun 2019 cu ildə qəbul edilmiş Azərbaycan Rspublikasının Təhsil Haqqında Qanunun 19-cu maddəsinin 19-cu bəndində (Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.) ,eyni zamanda  29 mart 2019-cu il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Ümumi təhsil haqqında Qanunun 13-cu maddəsinin 18-ci bəndində (Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.) tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunması ilə bağlı hüquqi baza yaradılmışdır.


İstadadlı şagirdlərin əthsil alması üçün Bakı şəhərində və regionlarda fəaliyyət göstərən lisey və gimnaziyalarla yanaşı 2015-2016-ci tədris ilindən başlayaraq ilk dəfə ölkənin 50 ümumi təhsil məktəbində təmayüllü siniflərin yaradılmasına başlanıldı.Növbəti tədris ilində daha 100 məktəbdə bu tip siniflərin yaradılması ilə tam orta təhsil səviyyəsində təmayüllü siniflərin şəbəkəsi genişləndirildi və artıq  2018-2019-cu tədris ilində ölkə üztə tam təmayüllü siniflərin sayı tam orta səviyyədə olan siniflərin ümumi sayının 40 %-nə çatdırıldı. Eyni zamanda  pilot  layihə kimi ümumi orta səviyyədə də (5-9-cu siniflərdə ) təmayüllü siniflər yaradılmağa başlanıldı.


Bu sahədə atılan ən böyük uğurlu addımlardan bir 2019-2020-ci tədris ilindən başlayaraq  Gəncə şəhəri və Quba rayonunda nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılması oldu. Bu siniflərə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə müsabiqə ilə eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul edildilər.Bu prosesin yaxın gələcəkdə ölkənin bütün regionlarını əhatə edəcəyi gözlənilir.


Təmayüllü liseylərin və siniflərin əsas məqsədi istedadlı şagirdlərin üzə çıxarılması ,onların istedad ,bilik və bacarıqlarının inkişafıdır. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, təkcə 2018-2019-cu tədris ilində beynəlxalq fənn olimpiyadalarında şagirdlərimiz 48 medal qazanmışlar.

Hal-hazırda 2019-2020-ci dərs ilində  ölkə üzrə  184 məktəbdə 404 təmayül sinfi fəaliyyət göstərir.Yaxın gələcəkdə bu siniflərin artacağı gözlənilir.Təmayüllü siniflərə qəbulun Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada  aparılmısı həmin siniflərə qəbul olunacaq şagirlərin məqsədli şəkildə təhsilini davam etdirmək üçün şərait yaradardı.


Təmayüllü siniflərin sayı artıqca,təmayüllü liseylərin sayı artıqca bu sahədə problemlərdə həll olunmalıdır. İlk növbədə təmayüllü liseylərin fərdi dərslikləri nəşr olunmalıdır. Təhsil Nazirliyi həmin liseyləri öz dərsliklərini hazırlayıb çap etdirməyə təşviq etməlidir.Eyni zamanda təmayüllü siniflər üçün fərdi dərsliklər hazırlanıb çap olunmalıdır.Dərslik problemi hal hazırda bu istiqamətdə daha uğurlu nəticələr əldə etmək yolunda ən böyük maneədir.


Təmayüllü siniflərdə çalışacaq müəllimlərin seçilməsi məsələsinə aydınlıq gətirilməli ,bununla bağlı təlimat hazırlanmalıdır. Sertifikasiyanın ikinci mərhələsində müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə qədər ,həmin siniflərdə hansı kateqoriyalı müəllimlərin çalışa biləcəyi müəyyənləşməlidir.


Ən əsası isə Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2015-ci il tarixli 995 №-li Sərəncamı ilə təsdiq olunmuş  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nında göstəridiyi kimi 12  illik təhsilə keçidi reallaşdırmaq lazımdır.Yalnız bundan sonra təmayülləşmə prosesinin  onunla bağlı olan bütün gözləntiləri doğrulda biləcəyini düşünürəm .


Elşən Qafarov  Təhsil üzrə mütəxəssis


 




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Peşə təmayüllü siniflər yaradılır

Peşə təmayüllü siniflər yaradılır

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

Regionlarda lisey sinifləri yaradılacaq

Regionlarda lisey sinifləri yaradılacaq

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Lisey siniflərinə imtahanlar keçirilib

Lisey siniflərinə imtahanlar keçirilib

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Nazir təmayül sinifləri üzrə tədris planının təsdiqlədi -CƏDVƏL-2019- 2020-ci dərs ili

Nazir təmayül sinifləri üzrə tədris planının təsdiqlədi -CƏDVƏL-2019- 2020-ci dərs ili

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr