AzTehsil.com


Xəbərlər
14 sentyabr 2019
4 369


Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər



Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

 

 
2019-2020–ci tədris ili üçün Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil edilir.

Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər. Digər məktəblilərin qəbulu isə Riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də Məntiq suallarından ibarət test imtahanı ilə təşkil edilib.

-Bəs, bu liseylərdə hansı müəllimlərin çalışacağına nəyə əsasən qərar veriləcək?

"Növbəti illərdə bu liseylərdə işləmək istəyən müəllimlər üçün onlayn qeydiyyat platforması yaradacaq, müsahibə və müsabiqə yolu ilə orada işləyəcək keyfiyyətli müəllimləri seçəcəyik”.

Bu barədə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Təhsil TV-nin "Həftənin sualı” verilişində məlumat verib. O bildirib ki, hazırda əsas məqsəd liseylərdə keyfiyyətli tədris aparacaq kadrların seçilməsidir:

"Növbəti illərdə bu liseylərdə işləmək istəyən müəllimlər üçün onlayn qeydiyyat platforması yaradacaq, müsahibə və müsabiqə yolu ilə orada işləyəcək keyfiyyətli müəllimləri seçəcəyik. Amma bu il vaxt məhdud olduğuna görə, yerli təhsili idarəetmə orqanlarından həmin rayon və şəhərlərdə işləyən, MİQ və diaqnostik qiymətləndirmə nəticələri kifayət qədər yüksək olan müəllimlərin adlarını əldə etdik. Daha sonra Təhsil Nazirliyi tərəfindən yaradılmış komisiya yerlərdə müsahibə keçirdi və orada dərs deyəcək müəllimləri seçdik. Bu tədris ilində onlarla birillik müqavilə bağlayacayıq. Dərslərini izləyəməyi də unutmayacağıq. Şagirlər, valideynlər, həminin biz razı qalsaq, bu müəllimlərlə iş fəaliyyətimiz davam edəcək. Əks təqdirdə liseylərə ən yaxşı müəllimləri cəlb etməyə çalışacayıq. Ümid edirəm, bu işin öhdəsindən gələ biləcəyik”.

Qeyd edək ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.

Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.




Загрузка...
Həmçinin oxuyun:
Regionlarda lisey sinifləri yaradılacaq

Regionlarda lisey sinifləri yaradılacaq

Lisey siniflərinə imtahanlar keçirilib

Lisey siniflərinə imtahanlar keçirilib

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlumdur

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlumdur

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub

Peşə təmayüllü siniflər yaradılır

Peşə təmayüllü siniflər yaradılır

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə biləcəklər?

Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə biləcəklər?

Bu müəllimlər müsahibə mərhələsində iştirak edə bilməzlər

Bu müəllimlər müsahibə mərhələsində iştirak edə bilməzlər

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI