AzTehsil.com


Xəbərlər / Orta ixtisas
05 mart 2018
3 774


Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir



 

2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyindən Aztehsil.com-a verilən məlumata görə,  Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən (saat 10:00)  başlanılıb. Bu prosesə Gəncə və  Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start veriləcək.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə aparılır. Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli "Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.AZEDU//



Загрузка...
Həmçinin oxuyun:
VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

1-ci sinfə qəbul: yeni qaydalar barədə 5 suala cavab

1-ci sinfə qəbul: yeni qaydalar barədə 5 suala cavab

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir

Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

YENİLİK! - Nazirlik valideynlərin istəyini nəzərə aldı

YENİLİK! - Nazirlik valideynlərin istəyini nəzərə aldı

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb