Sertifikasiya suallarının çətinliyinə aydınlıq gətrilib
Nazir sertifikasiya suallarının çətinliyinə aydınlıq gətirib.
AzTehsil.com xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev imtahan suallarının çətinliyi ilə bağlı yaranan narahatlıqlara münasibət bildirib.
Nazir qeyd edib ki, imtahanlarla bağlı sualların çətinliyi məsələsi daim müzakirə olunur. Lakin bu barədə yekun fikir söyləmək üçün yalnız fərdi yanaşmalara deyil, çətinlik səviyyəsini ölçən rəsmi meyarlara əsaslanmaq vacibdir:
“İllər üzrə təqdim olunan testlər bir-birindən fərqlənir və bu, sualların çətinlik dərəcəsində müəyyən fərqlərin yaranmasına səbəb ola bilər. Hazırda testlər yenidən yoxlanılır. Məqsəd obyektiv nəticəyə gəlməkdir. Əgər aparılan təhlillər nəticəsində testlər arasında ciddi çətinlik fərqləri müəyyən olunarsa, o zaman müvafiq qərarlar qəbul ediləcək”, – deyə nazir vurğulayıb.