STEAM təhsilinə başlamaq üçün təlim keçirilib
AzTehsil.com xəbər verir ki, STEAM Azərbaycan və Azərbaycan müəllimi qəzetinin təşkilatçılığı ilə STEAM Mərkəzlərində çalışan əməkdaşların yaradıcı yazı bacarıqlarını inkişaf etdirmək məqsədilə bloq yazarlığı üzrə təlim təşkil olunub. Təlim zamanı iştirakçılar bloq yazısının strukturu, oxucu ilə ünsiyyətin qurulması, kontent planlaşdırılması və rəqəmsal platformalarda effektiv paylaşım strategiyaları ilə tanış olublar.