AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
21 iyun 2025
820

"Məktəb direktorları müxtəlif tədbirlərdə selfi çəkdirməklə məşğuldurlar..."



“Elə bu, elm və təhsil nazirinin müsabiqəsinin keçirilməsi üçün əmr imzaladığı təhsilə dair fotolar, videolar üçün kifayət edər... Amma real iş görmək lazımdır...”2024-2025-ci tədris ili də başa çatdı- Müstəqillik dövrünün 35-ci tədris ili... Görəsən, inkişaf və tənəzzül baxımından yanaşdıqda bu tədris ilində təhsilimizdə, xüsusən orta məktəblərdə yeni nələr göründü, hansı nailiyyətlər qazanıldı, hansı neqativ amillər üzə çıxdı?

 

AzTehsil.com mövzu ilə bağlı Moderator.az-a açıqlamasında tanınmış təhsil eksperti İlham Əhmədov bunları söyləyib:

 

“Bilirsiz, hər hansı ölkənin təhsil sisteminin inkişafından danışanda, ilk növbədə həmin ölkənin təhsil strategiyasına baxmaq lazımdır. Bu strategiya nə dərəcədə səmərəlidir? Elmi əsaslarla hazırlanıbmı? Realdırmı? Və s. Daha sonra həmin strategiyanın icra planına baxmaq lazımdır. Bu icra planı strategiyaya uyğundurmu, həmin planla o məqsədlərə nail oluna bilərmi? Bu plan hansı müddəti əhatə edib? Sonra isə icra planı və strategiya olandan sonra ilbəil onun icrasını monitorinq eləmək lazımdır. Bu icra planı necə icra edilib, qoyulan məqsədlərə nail olunubmu? Onun reallaşmasına kimlər cəlb edilib və onlar nə dərəcədə səriştəlidirlər Nəzərdə tutulan maliyyə kifayətdirmi və ayrılıbmı? Ayrılan maliyyə təyinatı üzrə xərclənibmi, israfçılıq olmayıb ki? Qiymətlər neçə dəfə şişirdilib, yoxsa elə real, obyektiv qiymətlərdir. Və s. Bunlara ilbəil baxmaqla üç-beş il ərzində sözügedən strategiyanın nə dərəcədə reallaşmasını və ölkə təhsilinin inkişafa və ya tənəzzülə getməsini müəyyən etmək olar. Təəssüf ki, biz son 25 il ərzində ölkə təhsilinin yüksələn xətt üzrə inkişaf etməsini gözlədiyimiz halda, əksinə, onun enən xətt üzrə tənəzzülünü görürük. Bunun da səbəbləri çoxdur. Bayaq strategiya ilə əlaqəli söylədiyim amillərin heç biri nəzərə alınmır - səbəblərdən biri elə budur. Yəni strategiya yoxdur, sistemli deyil, elmə əsaslanmır. Elmi tədqiqatlara cəlb olunan insanların səriştəsi aşağıdır, lazım olan məbləğdə maliyyə ayrılmır, ayrılan maliyyə çox vaxt təyinatı üzrə xərclənmir, israfçılıq edilir. Əsas məsələlər qalır kənarda, əsas olmayan məsələlərə böyük məbləğlərdə pullar ayrılır... 

 

Baxın, ümumi durum bundan ibarətdir. Yəni bu məsələlər olmayanda ölkədə təhsilin inkişafından danışmaq olmaz. O halda nədən danışmaq olar? Onda sadəcə iş görüntüsü, şou yaratmaqdan, müxtəlif bahalı otellərdə tədbirlər keçirmək, selfilər çəkdirmək, əhəmiyyətsiz məsələlər üzrə müsabiqələr elan etməkdən və s. danışmaq mümkündür. Belə əhəmiyyətsiz işlərdən birinə bariz nümunə olaraq dünən – iyunun 19-da elm və təhsil nazirinin təhsilə dair foto və video müsabiqələrin keçirilməsi ilə bağlı əmr imzalayıb. Halbuki təhsilin bir milyon problemi var. Heç onlardan danışan, onların həlli yollarını axtaran, onlara maliyyə ayırmaq istəyən yoxdur. Ancaq hansısa foto, video müsabiqələri keçirirlər. Ona filan qədər də yəqin pul ayıracaqlar, diqqət ayıracaqlar, müzakirə olunacaq, sonda isə bunun təmtəraqlı bağlanışı olacaq. Kimlərəsə fəxri fərmanlar, mükafatlar veriləcək, tədbirin sonunda hamısı selfi çəkdirəcək və s. Əslində heç bu foto müsabiqələrə ehtiyac yoxdur. Bütün təhsil menecerləri, məktəb direktorları, bütün günü müxtəlif tədbirlərdə selfi, video çəkdirməklə məşğuldurlar -elə bu, nazirin müsabiqəsinin keçirilməsi üçün əmr imzaladığı təhsilə dair fotolar, videolar üçün kifayət edər... Amma real iş görmək lazımdır. Reallıq isə bundan ibarətdir ki, təhsil ilbəil geriləyir... 

 

Başa çatan 2024-2025-ci tədris ilində təhsildə yadda qalan xoşagəlməz hadisələrdən biri nazirin əhaliyə müştuluq verməsidir ki, 1500 məktəbi bağlayacağıq. Vaxtilə ölkədə bir-iki məktəb açılanda bir həftə mətbuat ondan yazırdı. İndi bir addımda 1500 məktəbi, yəni bir dəfəmə olmasa da, hissə-hissə bağlayacaqlar. Yəni strategiya bundan ibarətdir. Belə strategiyalar isə təhsilin inkişafına yox, yalnız tənəzzülə, ziyana xidmət edir. 1500 məktəbi bağlamaqdan söhbət gedir. Bu da bizim “nailiyyətimiz”... 

 

Və yaxud elementar bir şey... Gimnaziyalara qəbulla əlaqəli bu yaxınlarda böyük narazılıqlar oldu. Yəni əvvəlcədən xəbər edilmədən, valideynlərin rəyi nəzərə alınmadan ənənələri, varisliyi qorumadan qəbula az müddət qalmış müəyyən siniflərdə gimnaziyalara qəbulu ləğv edirlər. Bəs insanlar, valideynlər nə etsin? Onlar da fikirləşir ki, repetitorlara pul tökməkdənsə, gimnaziyada bəlkə nəsə öyrədərlər və orada da belə məhdudiyyətlər qoyulur... 

 

Üçüncü xoşa gəlməyən xəbər məktəblərin publik hüquqi şəxs olması ilə bağlıdır. Bu da təhsilə ancaq ziyan olacaq, heç bir xeyri olmayacaqdır...” 

 




Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov