Hansı müəllimlər sertifikasiyadan azaddırlar ?
"Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az müddətdə işləyən qadınlar (uşağını təkbaşına böyüdənlər də daxildir), ilk dəfə işə qəbul olunan müəllimlər — 3 il müddətində sertifikasiyadan azaddırlar”
AzTehsil.com - n əldə etdiyi məlumata görə bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O qeyd edib ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, eləcə də səriştə və nəticəyə əsaslanan, diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin formalaşdırılması nəzərdə tutulur.