"Pullu təhsil almaq üçün qəbul imtahanları olmamalıdır...” -MÜSAHİBƏ
.“Ölkəni tərk edib, xarici ölkələrdə təhsil almış gənclərin çoxu Vətənə qayıtmırlar. Bunun özü bir sosial bəlaya çevrilmişdir. Atalar-analar, bacılar-qardaşlar, nənələr-babalar öz can ciyərlərinin həsrətindədirlər...”“Azərbaycan gənclərinin ölkəni tərk edib getmələri valyuta hesabına həyata keçirilir. Bu da ölkəmizin valyuta ehtiyatlarında milyonlarla dolların azalmasına gətirib çıxarır...AzTehsil.com xəbər verir ki, ”BDU-nun Rus dili kafedrasının müdiri, siyasi analitik Tahir Cəfərli ilə moderator.az üçün budəfəki söhbətimizdə Azərbaycanın ali təhsil sistemində qəbul problemlərindən danışdıq.Tahir müəllim, gənclərin xaricdə oxumağa can atması bəlkə də onların orada oxumaları üçün hər şəraitin olması ilə bağlıdır. Niyə ailələrin çoxu test üsulu ilə uşağı hazırlatdırmağa son qoyub, bunun üçün ayırdığı pullara qənaət edib, övladlarını xaricə göndərmək istəyirlər? - Aydındır ki, bizim orta məktəblərin əksəriyyəti bu saat uşaqlara təhsil vermir. 9,10,11-ci siniflərin şagirdləri, demək olar ki, dərslərə gəlmir və repetitor yanında hazırlaşırlar, əvəzində məktəb direktorları şagirdlər repetitorların yanına buraxdıqlarına görə valideynlərdən külli miqdarda “təşəkkürlər” alırlar. Bununla belə, şagirdlərin məktəblərdə keçdikləri mövzuların 90 %-i testlərlə əlaqəli deyil. Nəticədə məktəbdə aldığı təhsil test imtahanına gedənləri imtahandan məyus qaytarır. Belə olduğu halda valideynlər öz mental xüsusiyyətlərinə sadiq qalaraq, yəni nəyin bahasına olursa-olsun, balasına ali təhsil versin deyə, sonuncu və optimal seçim edirlər və uşağı xaricə göndərilər ki, yüksək təhsil alsınlar. Dərinə getsək, nəinki Avropanın, Türkiyənin, Ukraynanın, hətta Qazaxıstanın, Belarusun və Rusiyanın, Gürcüstanın reytinq cədvəli bizdən üstündür... Xarici ölkələrdə gənclərin ali təhsil alması üçün hər bir şəraitin olması və gənclərimizin bu ölkələrdə təhsil almağa can atması hər şeydən əvvəl respublikamızda pullu təhsilin seçimsiz olmağı ilə bağlıdır...
..Gəlin bu məsələlərə hər tərəfli baxaq: həm iqtisadi, həm də siyasi cəhətdən. Ölkədən çıxarılan valyuta axının qarşısı alınar. Pullar universitetlərin inkişafına yönəldilər. Ali məktəblərdə ciddi islahatlar aparıla bilər. Universitetlər laboratoriya bahalı cıhazlarla təchiz olunar, yüksək keyfiyyətli təcrübələr aparmaq üçün şərait yaranar, gənclərin elmə marağı artar. Universitetlərin imkanları yüksələr. Siyasi baxımdan, dünyaya göstərərik ki. yüksək səviyyəli mütəxəssislər hazırlayan ali məktəblərimiz var. Gənclərimiz başqa ölkələrin təsirinə düşməzlər. Maraqlı bir fakt: ölkəni tərk edib, xarici ölkələrdə təhsil almış gənclərin çoxu Vətənə qayıtmırlar. Bunun özü bir sosial bəlaya çevrilmişdir. Atalar-analar, bacılar-qardaşlar, nənələr-babalar öz can ciyərlərinin həsrətindədirlər... Xarici təhsil alıb respublikaya qayıtmaq istəyən gənclərin sayı isə demək olar ki, heçə enib... Ailələr tanıyırıq ki, varlı-hallı, böyük imkanlı ailələrdir ,onların övladları xarici ölkələrdə təhsil alıb, geriyə qayıtmırlar. Azərbaycan gəncləri arasında Türkiyənin Koç universiteti çox populyardır və pullu adamların uşaqlarının çoxu məktəbi qurtaran kimi balalarını ora göndərir. Heç bir test hazırlığı keçmədən. Pullu təhsil orada on min dollardan yuxarıdır. Fərz edək test üsulu ilə bal yığmamış və yaxud balı çatmamış bir gənc istəmədiyi fakültəyə düşməyib. Orada oxumaq istəmir. Ata-ana məcbur olub, övladını xaricdə təhsil almağa göndərmək qərarına gəlirlər. Bu neçəyə başa gəlir?Əlbəttə ki, balasını xaricdə oxutmaq böyük xərclər tələb edəcək. Əvvala xarici ölkənin abu-havası, sabitliyini əsas götürürlər və seçdiyi peşənin perspektivliyi və s. nəzərdə tutulur.
Pullu təhsilə keçsək, bizdə də belə olar..İmtahan vermədən universitetlərə pulla qəbul ölkəmizə daha nələr verər?
Gəlin razılaşaq ki, biz Avropaya oxşamaq istəyirik, ancaq onlar kimi hərəkət etmirik...