"Sertifikasiya sualları məktəb proqramından daha çətin olmalıdır".
Sertifikasiya sualları məktəb proqramından çətin olmalıdır.
"Sertifikasiya sualları məktəb proqramından daha çətin olmalıdır".
AzTehsil.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu deyib.
O qeyd edib ki, sertifikatlaşdırma prosesi üçün hazırlanan qiymətləndirilmə vasitələri həmin fənn üzrə kurrikulum materialları çərçivəsindən kənara çıxmır.
“Sertifikasiyada suallar məktəb proqramından daha çətin olmalıdır. Bizim sertifikasiya sualları kifayət qədər sadədir. İlk dəfə sertifikasiyadan keçib uğursuz olan müəllimlərin iş yeri bir il saxlanılır. Bir il ərzində müəllimlər təlimlərə qatılmaqla öz üzərlərində işləyib təkrar sertifikasiyadan keçə bilərlər. 2026 və 2027-ci illərdə yeni nəsil müəllimlərin - sertifikasiyadan keçmiş müəllimlərin yetişdirdiyi uşaqların nəticələrini ölçə biləcəyik", - o bildirib.
MÜTDA rəsmisi müəllimlərə xəbərdarlıq da edib. O bildirib ki, hazırlıq mərhələsində müəllimlər yalnız rəsmi mənbələrə etibar etməli, qeyri-peşəkar və səriştəsiz şəxslərin yayımladığı videolardan, hazırlıq kurslarından uzaq durmalıdırlar.