AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
01 may 2025
1 182

İngilis dilinin zəifliyi dərs saatından deyil,müəllim bacarıqlarının yoxluğundadır



AzTehsil.com xəbər verir ki mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil siyasəti oyun deyil. Amma görünür kimlərsə bu reallığı ya anlamır, ya da bilərəkdən görməzdən gəlir. İngilis dili dərs saatlarının artırılması ilə bağlı verilmiş son təklif bir daha göstərdi ki, ölkədə strateji təhsil planlaması elmi əsaslara deyil, kabinet təfəkkürünə, mütəxəssis olmayanların şəxsi fikirlərinə söykənir. Hər hansı bir sahədə dəyişikliyə gedərkən ilk şərt: müvafiq tədqiqatların olmasıdır. Lakin bu qərarın arxasında nə uşaq psixologiyasına, nə pedaqoji elmlərə, nə də beynəlxalq göstəricilərə əsaslanan bir sübut var.


OECD-nin, UNESCO-nun və Education International kimi qurumların tövsiyələrinə görə, keyfiyyətli təhsil üçün tədris saatının çoxluğu yox, məzmunun dəqiqliyi, metodikanın düzgünlüyü və müəllimin hazırlıq səviyyəsi əsasdır. Bu təşkilatların dəfələrlə qeyd etdiyi kimi, dərs yükünün çoxluğu uşaqlarda həm fiziki, həm də psixoloji tükənməyə səbəb olur. Azərbaycanda artıq 6-cı sinifdən etibarən bir şagirdin həftəlik 32-34 saat dərsi var. Bu Avropa ortalamasından təxminən 20-25% artıqdır. Məsələn, Finlandiyada ibtidai və əsas pillədə həftəlik dərs saatı 20-24 arasındadır və onlar PISA nəticələrinə görə dünyanın ön sıralarındadırlar.


Bizim uşaqlar isə hər gün 7-8 dərsdə fiziki olaraq tükənirlər. Yüklə dolu dərsliklər, anlaşılmaz təlim nəticələri, pərakəndə fənn proqramları, süni imtahan və monitorinq bolluğu. Belə bir sistemdə fənnin saatını artırmaq, sadəcə təhsilin yükünü daha da ağırlaşdırmaqdan başqa bir şey deyil. Üstəlik, bu saat artımı müəllimin əməkhaqqına cüzi təsir edə bilər, amma şagirdin qavrama səviyyəsinə sıfır dərəcəsində müsbət təsir göstərəcək.


Əgər doğrudan da ingilis dilinin tədrisi zəifdirsə — bu zəiflik onun dərs saatında deyil, təlim metodikasında, müəllimin hazırlığında, dərsliyin məzmununda və tətbiqi bacarıqların yoxluğundadır. Bunu artırmaq əvəzinə, dərs saatını artırmaq mexaniki və diletant yanaşmadır. İngilis dilindən 6 il dərs keçib “My name is Aygün”dən o tərəfə keçə bilməyən şagirdlərimiz bunun bariz sübutudur.


Azərbaycan təhsil sistemində təcili atılmalı olan addım dərs saatlarını artırmaq yox, yenidən qurmaqdır. Bəzi fənlər birləşdirilməli, zəruri olmayan fənlər ixtisar edilməli, proqramlar yüngülləşdirilməlidir. Dərsliklərdəki informasiya yükləri azaldılmalı, əzbərləmə deyil, düşünmə əsaslı məzmun formalaşdırılmalıdır. Bunun üçün məktəbdə öyrənməyə dəyər mühit qurulmalı, müəllimlərə real təlim, metodik dəstək verilməlidir.


Hazırkı qərar sübut edir ki, təhsil siyasətini həyata keçirən təşkilatlarda strateji planlama yox səviyyəsindədir. Təhsil təkcə dərs saatı artırmaqla islah olmur. Bunun üçün tədqiqat, pedaqoji baxış, psixoloji yanaşma və beynəlxalq təcrübənin analizinə əsaslanan kompleks islahat modeli tələb olunur.


Təhsildən xəbərsiz olanların verdiyi qərarlarla bu ölkənin gələcəyi təhlükə altına atılır. Təhsili oyuncağa çevirənlər sabah cəmiyyətin tənəzzülünə səbəb olacaqlar. Təhsil eksperiment meydanı deyil, cəmiyyətin onurğa sütunudur. O sütunu bu cür dayaz yanaşmalarla qırmaq olmaz.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İbtidai sinifdə maraqlı dərslər

İbtidai sinifdə maraqlı dərslər

TƏŞKİLAT  SAATI  VƏ  ONUN TƏŞKİLİ  YOLLARI

TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI  VƏ  ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri