AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
26 aprel 2025
1 205

Uğur yalnız bilik səviyyəsi ilə deyil - ƏTRAFLI



Valideyn yanaşmasının uşaqların imtahan nəticələrinə təsiri-imtahan təkcə biliklərin yoxlanıldığı bir proses deyil, həm də emosional dayanıqlığın və ailə-məktəb münasibətlərinin sınandığı mühüm bir mərhələdir!


AzTehsil.com - İmtahanların ümumi təhsil prosesində həm diaqnostik, həm də summativ qiymətləndirmə aləti kimi rolu danılmazdır. Bununla yanaşı, psixoloji və sosial aspektlər baxımından imtahanlar, xüsusilə də şagirdin ilk ciddi qiymətləndirmə təcrübəsi kimi dəyərləndirilən 9-cu sinif yekun attestasiya imtahanları böyük əhəmiyyət daşıyır.


2 gün sonra, aprelin 27-də, yekun attestasiya imtahanları mərhələsində 51 901 nəfər 9-cu sinif şagirdi iştirak edəcək. Bu da şagirdlərin geniş təbəqəsini əhatə edən mühüm sosial və pedaqoji hadisədir.


Beynəlxalq araşdırmalar göstərir ki, şagirdlərin imtahan nəticələri təkcə onların bilik səviyyəsi ilə deyil, həm də emosional vəziyyətləri və sosial dəstək səviyyəsi ilə sıx əlaqəlidir. İmtahan stressi şagirdlərdə konsentrasiyanın zəifləməsi, özünəinamın azalması və emosional narahatlıq kimi simptomlarla müşayiət oluna bilər. Bu təsirləri neytrallaşdırmaq və ya minimuma endirmək üçün məktəb və ailə tərəfindən göstərilən psixoloji dəstəyin əhəmiyyəti xüsusilə vurğulanır.


Valideynlərin də narahatlıqla müşayiət olunan davranış modelləri şagirdlərdə psixoloji gərginliyin artmasına, bu da öz növbəsində onların diqqət və düşüncə proseslərinin effektivliyinə mənfi təsir göstərməsinə səbəb ola bilər. Əksinə, empatiya, anlayış və dəstəkləyici ünsiyyətə əsaslanan yanaşma, həmçinin real gözləntilərlə müşayiət olunan möhkəmləndirici ritorika, imtahan stressinin tənzimlənməsində mühüm rol oynayır və şagirdlərin psixoloji rifahının qorunmasına töhfə verir.


İmtahana hazırlıq dövründə şagirdlərə stressin fizioloji və psixoloji mexanizmləri barədə məlumat verilməsi, sadə nəfəs texnikaları və diqqət yönəltmə metodlarının öyrədilməsi effektiv nəticə verir. Müəllimlərlə yanaşı, valideynlərin də bu prosesdə aktiv iştirakı uşaqlarda dəstək hissi formalaşdırır.


Nəticə etibarilə, şagirdlərin ilk ciddi təcrübələri olacaq 9-cu sinif imtahanlarında qazanacaqları uğur yalnız bilik səviyyəsi ilə deyil, həm də sosial və emosional mühitin adekvat şəkildə qurulması ilə mümkündür. Bu baxımdan, valideynlərin məsuliyyətli, lakin anlayışlı yanaşması, həmçinin məktəblə koordinasiyalı şəkildə hərəkət etməsi şagirdlərin psixoloji rifahı üçün zəruridir.


Belə ki, valideynlərə öz narahatlıqlarını idarə etmək və övladlarına qarşı təmkinli yanaşma nümayiş etdirmələri,

onların bilik və bacarıqlarına uyğun real gözləntilər formalaşdırmaları, uğursuzluqları son nəticə kimi deyil, inkişaf üçün fürsət kimi dəyərləndirmələri, imtahandan əvvəl və sonra övladlarına sevgi və inam hissini aşılayan müsbət dil və davranış nümayiş etdirmələri tövsiyə olunur.


Bu, valideyn olmağın həm tələbi, həm də imtiyazıdır!


Zenfira Sevdimalı,

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili