BŞTİ-dən bir qrup tərbiyəçi-müəllimin əməkhaqqının ödəniş dərəcəsi ilə bağlı AÇIQLAMA
Məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb.
Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əməkhaqqının ödəniş dərəcəsi bərpa edilib və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər.
"Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” qanunun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur", - BŞTİ-nin məlumatında qeyd olunub.