AzTehsil.com

Xəbərlər / Ziyalılar
17 iyul 2023
924

Əmək haqqı artımı faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir.

“Bizə göndərilən yüzlərlə müraciət  təsdiq edir ki, müəllimlərin sertifikasiya imtahanlarının  nəticələrinə uyğun əmək haqqı artımı mexanizminin təkmilləşdirilməsi vacibdir”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov son günlər təhsil ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzuya münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyinə görə, əmək haqqı artımı faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var.

“Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10 faiz, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır.

Sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənədlə tənzimlənir. Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100 bal toplamaq imkanı var.

Bu baxımdan da, əmək haqqı artımı faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir. Bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı, 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər”, – V.Bayramov deyib.

Deputat bildirib ki, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu nəzərə alaraq, Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın müzakirəsi üçün ekspertlərlə görüş keçirilməsi məqsədəuyğundur:

“Bu, metodologiyanın təkmilləşdirilməsi və differensial əmək haqqı artımları üçün yeni imkan ola bilər”.

Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib