Xəbərlər / Ziyalılar
15 iyul 2023
1 439


Etibar Əliyev kimdir? -TƏHLİL


Bu günlərdə diqqətimi boş vaxtını sifarişlə sosial şəbəkələrdə postlar yazıb sonra da xahişlə onları pozan Etibar Əliyevin qalmaqallı yazısı cəlb etdi. 

Düzü E.Əliyevi uzun zamandan bəri tanımasa idim, bu haqda fikir bildirməzdim.Ancaq vicdanım buna yol vermədi və mən həvəskar fizik, filosof, təhsil eksperti, siyasətçi və avantürist E.Əliyev haqda ictimaiyyətimizə daha ətraflı məlumat təqdim etməyi düşündüm. 


“Prinsipial” təhsil fədaisi ya “qohumcanlı ekspert”?

Qeyd etdiyim qalmaqalı bir qədər araşdırdıqdan sonra məlum oldu ki, filosof məktəbdə çalışan və 65 yaşı tamam olmuş dayısı qızının xahişini edib, nazirlik də bunun mümkün olmadığını bildirərək onun bu xahişini rədd edib. Bu imtina da deputat müəllimin xoşuna gəlməyib, o da götürüb nazirliyi hədəfə alıb, sosial şəbəkələrdə tənqid atəşinə tutub. Özü də gecikdirmədən, elə həmin qeyri-iş günü “qohumcanlı təhsil ekspertinin” yadına düşüb ki, bəs təhsildə həyata keçirilən MİQ, DİQ, Sertifikasiya və digər proseslər düzgün aparılmır. Təhsil sahəsində həyata keçirilən islahatlarda “xeyli qüsurların” olduğunu iddia edən “bibioğlu” şənbə-bazar günləri bu problemlərin təcili həllinə çağırıb.  


Fizik, filosof ya təhsil işçisi?

Açıq internet resursları üzərindən “bibioğlu” Etibarın təhsili və iş təcrübəsinə nəzərə saldım. Adam Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1986-1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində çalışıb, sonra nə baş veribsə o boyda yerdən işdən çıxıb və “Bakı fəhləsi” zavodunda işə düzəlib. Bu barədə tarix, eləcə də Etibar müəllim səssiz qalmağa üstünlük verir. Bir il “Bakı fəhləsi” zavodunda “işlədikdən” sonra 1992-ci ildə Təhsil nazirliyində işə düzəlib və o vaxtdan təhsil islahatlarına “öz dəyərli töhfəsini” verməyə başlayıb. Bu “töhfə” nə az, nə çox düz 10 il çəkib və nəhayət 2002-ci ildə  E.Əliyevi o zaman Təhsil naziri olmuş Misir Mərdanov nazirlikdən işdən çıxarıb. Əslində bu işdən çıxarılmanın da maraqlı səbəbi var və bu barədə növbəti məqaləmdə. 

Təhsil nazirliyindən qovulan fizik E.Əliyev bu dəfə özünü filosof kimi sınamağa qərara alır. 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Tədqiqatlar İnstitutunun elmi işçisi vəzifələrində çalışır. Elm, təhsil və inkişaf barədə danışan (iş görən yox, məhz danışan) fizik, filosof “alim” ortaya bir dəyərli, istinad ediləsi əsər, məqalə və yazı qoymayıb. İşi gücü çalışdığı yerdə intriqa, narahatlıq yaradan E.Əliyev elm sahəsində də bir nəticə əldə edə bilməyib yeni “imkanlar” axtarışına çıxır. 


“Siyasi karyerist” ya “opportunist alim”

Beləliklə, “həvəskar” fizik, filosof, “təhsil eksperti” bu dəfə siyasi karyera haqda fikirləşməyə başlayır və özünü parlament seçkilərində sınayır. Özü də bu onun ilk siyasi ambisiyası olmur. Filosof E.Əliyev 2009-cu ilədək qatı müxalifətçi olub və Müsavat Partiyasının üzvlüyündə yer alıb. 2009-cu ildə Müsavat partiyasını tərk edib və “yeni imkanlar” axtarışında Böyük Qurtuluş Partiyasına üzvlüyünə müraciət və qəbul olunub. Eyni zamanda, partiyanın sədri Fazil Mustafanın müşaviri vəzifəsinə təyin olunur. 2012-ci ildə “fürsətcil alim, filosof” burada da müşavirlik postundan və partiya üzvlüyündən istefa verir. Səbəb, onun partiya sədri ilə razılaşdırmadan təhsil və siyasət məsələləri ilə bağlı qalmaqallı mövqeyi və ayrı-ayrı vəzifəli şəxslərə qarşı yönəlmiş şantaj, qarayaxma məzmunlu çıxışları olub.  


Bir müddət öz siyasi karyera arzusunun üstündən xətt çəkən filosof alim, 2020-ci ildə keçirilmiş seçkilərdə 31 saylı Suraxanı ikinci dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmağa qərar verir. Həvəskar fizik   və “təhsil eksperti” E.Əliyev baş vermiş təsadüflər nəticəsində birtəhər özünü Parlamentə “yerləşdirir”. Doğrudur bundan sonra o “mandat oğrusu” adını qazanır.  


Parlamentdə də “köhnə sənətini” davam etdirən E.Əliyev müxtəlif dövlət qurumları, təhsil müəssisələri, ayrı-ayrı şəxslərə şər-böhtan, qarayaxma və şantaj yolu ilə təzyiqlər edir, özü və yaxınları üçün əlverişli şərtlər və imkanlar əldə etməkdə davam edir. Məhdud dil bilikləri və kasad dünyagörüşü, eləcə də qeyri-etik və qeyri-adekvat davranışları ilə digər həmkarlarından “seçilən” filosof-deputat Parlamentdə də qalmaqallarla yadda qalır. Siyasətçi-fizik ömründə heç zaman səfər etmədiyi Albaniya-Azərbaycan parlamentlər-arası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 


“Mehriban düşmən” 

Qayıdaq təhsilə. Deməli bu həvəskar fizik, filosof alim və “təhsil eksperti” E.Əliyev 2002-ci ildə Təhsil nazirliyində işdən qovulduqdan sonra da necə deyərlər “ağzında şirə qalır” və təhsil sahəsində “özfəaliyyət yaradıcılığını” davam etdirir. Təsisçisi olduğu “XXI Əsr Təhsil Mərkəzi” ictimai birliyi vasitəsilə müxtəlif layihələr yazdırır, qrantlar udur və hamıya “ağıllı” məsləhətlər verir. Təhsil nazirliyini daim tənqid atəşinə tutan, guya ona qarşı sərt mövqe göstərən E.Əliyev 2022-ci ildə öz təşkilatına nazirlikdən 40,000 manat qrant qoparır. Açığı bu qrant layihəsi necə icra olunub, hansı problemi həll edib, təhsil sahəsinə hansı müsbət dəyişiklik gətirib deyə bir məlumat əldə etmədim. Çünki “opportunist alimin” əsas məqsədi təhsilin inkişafı deyil, öz deputat səlahiyyətlərindən istifadə edərək şəxsi maraqlarının təmin edilməsi olub.  


“İctimai maraq müdafiəçisi ya merkantilist alim”?

Öz şəxsi maraqlarını daha yaxşı təmin etmək üçün filosof alim bir sıra ali təhsil müəssisələrinin ictimai şuralarına özünü “yerləşdirib”. UNEC, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və digər universitetlərin şuralarında təmsil olunan deputat Parlamentdə gərgin iş qrafikinə, taleyüklü məsələlərin müzakirəsi və həlli istiqamətində çalışmaq əvəzinə, özünü düşünərək bu şuradan o şuranın iclaslarına qaçıb, öz şəxsi “xahişləri”, tapşırıqları ilə universitet rəhbərlərini də bezdirib. 


Merkantilist alim hətta bir neçə ay öncə UNEC-də yaradılmış “Elmin Populyarlaşdırılması Mərkəzinə” özünü rəhbər də təyin etdirib. Bütün günü elm və təhsildən danışan, statuslar yazıb paylaşan ancaq əlindən bir iş gəlməyən filosofa sual vermək lazımdır ki, bəs rəhbəri olduğun Mərkəz bu günə qədər nə iş görüb? Hansı fəaliyyət və nəticə ortaya qoyub? Köhnə rus dilində kitabların şəkillərini çəkib, kitabın arxasından iki cümlə yazıb internetə post qoymaqla elm və təhsildə işlər düzəlirmi?  


Bundan əlavə, öz maraqlarını daha yaxşı müdafiə etmək məqsədilə E.Əliyev Elm və Təhsil nazirliyinin 2019-2021-ci illərdə fəaliyyət göstərmiş ilk İctimai Şurasında, eləcə də 2021-2023-cü illərdə nazirliyin İctimai Şurası üzvlüyündə olub və bu günə qədər də onun üzvüdür. Bir tərəfdən nazirliyi tənqid, digər tərəfdən ondan “şəxsi xahişlər” edən filosof siyasətçi bu illər ərzində qohum-əqrəbanın, tanıdığı və tanımadığı bir çox adamların işinə “yarayıb”. Eyni zamanda, nazirliyin bir neçə vəzifəli şəxsindən müxtəlif xahişləri edən opportunist deputat, yekunda bütün sərhədləri keçib və rədd cavabları alıb. 


Milli Məclisdə kreslosundan, tribunadan “məharətlə” şəxsi maraqları üçün istifadə edən opportunist filosof E.Əliyev öz qeyri-qanuni xahişlərinə imtina cavabları aldıqdan sonra 2014-cü ildən bəri davam edən təhsil islahatlarının tənqidçisinə çevrilir. Nazirlikdən aldığı qrantın başa çatdığını səbirlə gözləyən “ictimai maraq müdafiəçisi” üzvü olduğu nazirlik yanında İctimai Şuranı da səlahiyyət müddətinin başa çatmasına 2 ay qalmız tərk etmək barədə bəyanat verir. Populist çıxışlar, məqsədli tənqid və “ictimai həyasızlıq” yolunu özünə peşə seçmiş E.Əliyevin bu fəaliyyətinə ən yaxşı qiyməti ictimaiyyət verə bilər. 


 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Nobel laureatı: Mən biliyə sonsuz yanğısı olan uşaq idim.

Nobel laureatı: Mən biliyə sonsuz yanğısı olan uşaq idim.

İmtahanlarda sual qalmaqalı: DİM Təhsil Nazirliyinə birləşdirilsin

İmtahanlarda sual qalmaqalı: DİM Təhsil Nazirliyinə birləşdirilsin

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Xocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” – FOTO

Xocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” – FOTO