AzTehsil.com


Xəbərlər / Müəllim
02 iyul 2021
2 111


İmtahanlarda sual qalmaqalı: DİM Təhsil Nazirliyinə birləşdirilsin



İmtahanlarda sual qalmaqalı: DİM Təhsil Nazirliyinə birləşdirilsin

 

Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı qəbul imtahanlarına düşən suallarla bağlı narazılığını ifadə edib. Nazir bildirib ki, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar onlarda narahatlıq doğurur.

Bəs Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasındakı bu narazılığa səbəb nədir? İmtahan suallarındakı problemli məqamlar hansılardı?
Mövzu ilə bağlı Bakupost.az -a danışan Mektebgushesi.az saytının və jurnalının baş redaktoru, təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, bu kimi problemlər həmişə olsa da, DİM hər dəfə özünü haqlı çıxarmağa çalışır:
 

İmtahanlarda sual qalmaqalı: DİM Təhsil Nazirliyinə birləşdirilsin

 

"Nə qədər ki, elm və təhsilə aid sahələr bir qurumda cəmləşməyəcək, o zaman bu məsələlər də problem kimi qalmağa davam edəcək. Vaxtı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) işləyən biri kimi bildirirəm ki, bu məsələlər analiz, təhlil aparılmadan bütün dövrlərdə gündəmə gətirilib. Məsələn, TQDK o məqsədlə yaranmışdı ki, köhnə təhsil sistemindən yaxa qurtarılsın. Həmin dövr üçün ən uğurlu variant da elə bu idi. Artıq 3 nəsil keçmişik, və indiki dövrə qədər müəyyən islahatlar aparılmalı idi. Təhlillər aparılıb, nəhayət, təkmil formaya gəlib çıxmalı idik. Təəssüf ki, son 30 ildə bir dəfə də olsun yeniliyə cəhd olunmadı. Son illərdə imtahan suallarına sadəcə açıq tipli suallar əlavə edilib və bu, müəyyən mənada islahat kimi qələmə verilir. Əslində, imtahanla bağlı qaydalar tamam, kökündən dəyişməli idi. Lakin məlum ənənə yenə davam edir. Ola bilər ki, imtahan bazasında oturan müəllimlərin orta məktəb tədrisi ilə əlaqəsinin olmadığı üçün belə alınır. Məsələn, ali təhsil müəssisələrinin savadlı müəllimləri həmin imtahan bazasında oturub, suallar tərtib edirlər, amma həmin müəllimlərin orta məktəbdəki tədrislə birbaşa əlaqələri yoxdur. Ona görə də bu kimi hallar yaşanır.
Hər il eyni fikirlər təkrarlanır. Artıq Təhsil Nazirliyi səviyyəsində narahatlığın şahidi oluruq. Bu çox yaxşı haldır. Düşünürəm ki, bu cür təşəbbüsün sonluğu yaxşı olacaq. Çünki nazir özü bunu dilə gətirib və narazılığın ortaya qoyub. İndiyə qədər bunu Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üzrə müdüründən, müdür müavinindən və digərlərindən eşidirdik. Lakin nazirin birbaşa narahatlığını bildirməsi gələcək islahatlar üçün stimul, təkan olacaq. Necə olur ki, bir müəssisə, Təhsil Nazirliyi həmin abituriyenti 11 il məktəb dövründə hazırlayır, imtahan prosesinə qədər gətirib çıxarır, amma DİM imtahan götürür. Niyə Təhsil Nazirliyi özünün yetişdirdiyi şagirddən özü də imtahan götürməsin? Axı, nazirlik müəyyən edə bilər ki, o, hansı səviyyədə tədrislə məşğul olub və imtahan forması necə olmalıdır. Hesab edirəm ki, artıq bu sahədə islahatlar aparmağın tam zamanı çatıb. Bu baxımdan, DİM ya Təhsil Nazirliyinə birləşdirilməlidir, ya da ortaq bir forma tapılmalıdır”.
İmtahanlardakı problemli məqamlardan danışan digər təhsil eksperti Qoşqar Məhərrəmov isə vurğulayıb ki, test suallarıyla orta məktəb kitabları bir-birilə ziddiyyət təşkil etdir və reallığı əks etdirmir:
 

İmtahanlarda sual qalmaqalı: DİM Təhsil Nazirliyinə birləşdirilsin

 

"Müəyyən suallarla bağlı narahatlıq ortaya qoyulduqda DİM-in mütəxəssisləri qeyd edir ki, suallar sadəcə məzmundan hazırlanıb. Yəni Təhsil Nazirliyi hansı məzmundan orta məktəblərdə dərs keçirsə, eyni məzmundan istifadə edilərək, suallar hazırlanır. Abituriyent hazırlayan müəllimlər isə vurğulayır ki, suallar çətindir, bəziləri kitabda olduğu kimi deyil, sualların qoyuluş tərzində qaranlıq məqamlar var. Verilən test tapşırıqlarından 24-25-i adətən biliyi ölçür. Anlayışı, qavramanı, analizi, sintezi ölçmür.
Pandemiya ilə bağlı müəyyən güzəşt olsun deyə, DİM açıq test suallarını imtahandan çıxarıb. Belə olan halda abituriyentlər "asan” bir imtahanla üzləşdi. Dırnaqarası asan deməyim ona görədir ki, həmin imtahanlarda sadəcə bilik səviyyəsi ölçülürdü, anlayışı və daha yuxarı öyrənmə səviyyələrini ölçən suallar testlərdə qoyulmadı.
Ümumi mənada bilik məktəbindən, təfəkkür məktəbinə keçid edirik və bu keçid dövründə sualların forması təfəkkür məktəbinə yönəlik olmalıdır. Ona görə də DİM-ə yönəldilən iradlarda müəyyən qədər haqlı pay var. Azərbaycanda orta məktəblərdə hazırlanan dərsliklər şagirdlərin fərdi öyrənməsinə yönəlməyib. Yəni şagirdlər, abituriyentlər sadəcə həmin dərsliklərdən istifadə edərək universitetə hazırlaşa bilmirlər. Çünki həmin dərsliklərdə sadəcə məzmun verilir. Məzmunla bağlı praktika etmək üçün sual kitabçası, yaxud praktik bilik və bacarıqların inkişafı üçün hansısa sual bankları verilmir. Həmin sual banklarını isə təzadlı bir durumdur ki, DİM hazırlayır. Əslində, DİM Təhsil Nazirliyinin verdiyi təhsili yoxlayan bir qurum olaraq özü sual bankı hazırlamamalıdır. Düşünürəm ki, DİM şəffaf, işlərini yerli-yerində aparan bir qurum olsa belə, o, sual banklarını hazırlayan və satan tərəf olmamalıdır. DİM yalnız imtahana nəzarət edən, yoxlayan və abituriyentləri yerləşdirən bir qurum olmalıdır.
3 komponent – dərsliklər, kurikulum standartları və imtahan sualları bir daha nəzərdən keçirilərsə, o zaman abituriyentlərin repititora və ya hər hansı əlavə sual bankına ehtiyacı qalmayacaq, bu da tamamilə onların lehinə qəbul olunan qərar olacaq. Hesab edirəm ki, nazirin də qeyd etdiyi narahatlıq bu zəmindədir. Yəni imtahan suallarının bir qismi kitabları tam əks etdirmir”.
Aygün Nəbiyeva



Загрузка...
Həmçinin oxuyun:
"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

Bu il qəbul imtahanları çox sadələşdirilib – Ekspert

Bu il qəbul imtahanları çox sadələşdirilib – Ekspert

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

Acı təəssüratlar

Acı təəssüratlar

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Emin Əmrullayev: “Qəbul zamanı testə düşən bəzi suallar bizi narahat edir”

Emin Əmrullayev: “Qəbul zamanı testə düşən bəzi suallar bizi narahat edir”

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Təhsil Nazirliyi iddialara cavab verdi – VİDEO

Kənd müəllimindən çağırış: “Sertifikasiya ilə bağlı deyilənlər yanlışdır, kursların “pul oyunudur”, aldanmayın!”

Kənd müəllimindən çağırış: “Sertifikasiya ilə bağlı deyilənlər yanlışdır, kursların “pul oyunudur”, aldanmayın!”

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları

Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları

Kurikulum qaydalı yeni imtahanlarda sınaqların keçirilmə, balların hesablanma metodu – Hazırlıq kursu nümunəsində

Kurikulum qaydalı yeni imtahanlarda sınaqların keçirilmə, balların hesablanma metodu – Hazırlıq kursu nümunəsində

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR