AzTehsil.com


Xəbərlər / Magistr
26 fevral 2019
2 127


Acı təəssüratlar



                     Acı təəssüratlar
 
 
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi 2019-cu il 24 fevral tarixində keçirilib.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 26-da baş tutacaq.

Bəs, imtahanda iştirak edən bakalavrların imtahan təəssüratları necə olub?

Nigar Seyidova qeyd edir ki, o, Məntiqin bu qədər çətin olacağını gözləmirdi. Onun sözlərinə görə, iştirak etdiyi sınaqlarla qəbul imtahanı arasında çox fərq var idi:

"Sınaqlarda suallar çox rahat olurdu deyə, düşünürdüm ki, dəqiq 65-dən çox bal toplayacağam. İndi nəticələr elan olunmasa da, açığı heç ümidim yoxdu, yüksək bal toplayacağıma. İnformatikada bir sual ümumiyyətlə, qaranlıq qaldı. İki düzgün variant var idi. Amma sual tam yadımda qalmadığı üçün müəllimlə dəqiqləşdirə bilmirəm”.

Əjdər Əliyev də "həmkarı” ilə razıdır. O, bildirir ki, Məntiq fənnini yaxşı mənimsəsə də, imtahanda yaxşı nəticə göstərə bilməyib:

"Magistraturaya əsgərlikdən qalmaq üçün hazırlaşıram deyə, nəticənin zəifliyi, məni çox da narahat etmir. "Listening” sualları mənə olduqca çətin gəldi, çünki səsləndirənlərin  səs tonu, ləhcəsi qəribə idi. Tam anlamaq olmurdu. MBA üzrə keçid balı çox olmur deyə, qəbul olunacağımı düşünürəm. Onsuz da, ödənişli təhsildi də, niyə keçid balını yüksək etsinlər ki?”

Nərminə Musayevanın fikrincə, informatikadan təqdim edilən suallar digərlərinə nisbətən daha çətin olub:

"İnformatikadan 10-15 düz yazdığımı düşünürəm. Çaşdırıcı suallar çox idi, bəzilərində 2 variant düz idi. Məntiqi yaxşı yazmışam,  "üzümü ağ eləsə” elə o edəcək. Düşünürəm ki, keçid balları azaldılacaq”.

Samir Musayev təklif edir ki, keçid balları əvvəlki illərə nisbətən aşağı salınsın:

"Çünki, onsuz da ilk dəfə idi ki, audiomətn təqdim edilirdi, yəni bu, kifayət qədər həyəcan verirdi. Üstəlik də, testləri bu qədər qəliz tərtib etməyin adı nədi?! Başa düşmürəm, niyə əvvəl rahat olacaq deyib, sonra imtahanı çətin təşkil edirlər?! Əvvəldən xəbər etsinlər, işimizi bilək. Bilsəm, belə olacaq, heç hazırlaşmazdım imtahana. Uşaqların çoxu deyir ki, sınaq imtahanında suallar asan idi, amma mən razı deyiləm. Ümumiyyətlə, bu qədər qəliz təşkil edilməsinə ad verə bilmirəm. Magistr olmağımız üçün şərait yaradılmalıdır”.

Leyla Süleymanova bildirib ki, o, DİM-in bakalavrları bu formada arxayınlaşdırıb birdən çətinliyə salmasını anlaya bilmir. Onun sözlərinə görə, xarici dildən təqdim edilən suallar daha rahat idi:

"Fevralın 3-ü DİM-in keçirdiyi magistratura sınağında iştirak etmişəm. Orada suallar çox asan tərtib edilmişdi. Yəni, sınaqda iştirak edən hər kəs qəbulda daha asan suallar gözləyirdi. Ən azından əvvəlki illərdə də qəbul sualları, sınaqdakından müəyyən qədər asan salınıb. Qəbulda isə tam fərqli mənzərə ilə qarşılaşdıq: testlər, xüsusilə də məntiq çox çətin tərtib edilmişdi, fərqli tip məsələlərə rast gəlinirdi. Təşkil etdikləri sınaq qəbulla uzlaşmırdı, xüsusilə də mətnin məntiqi təhlilinə aid testlər hədsiz çətin idi. Həmin sualları cavablamaq üçün bakalavr 5-6 dəq düşünməlidir, buna isə imtahanda vaxt çatdırmaq olmur.

Alman dilinin sualları isə əksinə, asan idi. B2 səviyyə gözləsək də, A2 səviyyədə olan birinin də cavablaya biləcəyi suallar idi. İnformatika sualları ümumiyyətlə, kitabda diqqət etmədiyim məqamlardan salınmışdı. Ötən ilin qəbulunda 41 məntiq işləsəm də, builki suallarla onu etmək mümkün deyildi. Qəbulda keçid balını toplayacağıma ümid edirəm”.

Şakir Həsənov bildirib ki, o, artıq informatikadan yazdığı testləri yoxlatdırıb:

"Mənə də elə gəlirdi ki, çox çətindi suallar, düzgün cavablarım çox az olacaq, amma nəticə bir az yaxşı oldu. Sosial şəbəkələrdə informatika test vərəqələri paylaşılırdı. Gördüm ki, elə mənə düşən variantdır. Müəllimimlə yoxladıq, 19 düzgün cavab çıxdı. İnşallah kodlaşdırmada  səhvə yol verməmişəm”azedu.az

 



Загрузка...
Həmçinin oxuyun:
"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

Bakıda direktor olmaq istəyənlər çətin sınaq qarşısında – Keçid balı artırıla bilər

Bakıda direktor olmaq istəyənlər çətin sınaq qarşısında – Keçid balı artırıla bilər

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Qəbul imtahanının sualları SATILIB? – Şok iddiaya CAVAB: “Kimdir o müəllim?”

Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”

Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

“Bugünkü sınaq imtahanından heç kəsdən maksimum 400 bal belə gözləmirəm” – Bədbin proqnoz və səbəbi

“Bugünkü sınaq imtahanından heç kəsdən maksimum 400 bal belə gözləmirəm” – Bədbin proqnoz və səbəbi

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları

Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları

Qəbul imtahanlarında düşən SUALLAR

Qəbul imtahanlarında düşən SUALLAR

Qəbul imtahanına düşən suallar - I qrup

Qəbul imtahanına düşən suallar - I qrup

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

Müsabiqədən  əvvəl dəqiq  informasiya vermək mümkün deyil.

Müsabiqədən əvvəl dəqiq informasiya vermək mümkün deyil.

Qəbul imtahanları ilə bağlı daha bir etiraz

Qəbul imtahanları ilə bağlı daha bir etiraz

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanı keçiriləcək.