Xəbərlər
23 noyabr 2017
1380

DİM bu vakansiya üzrə imtahan keçirəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2017-ci il noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.


Aztəhsil.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumatda deyilib.


Bildirilib ki, imtahan saat 11:00-da başlayır və DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (əvvəlki Bakı Asiya Universiteti) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılacaq.


Namizədlər "imtahana buraxılış vərəqəsi”ni (bildiriş) 23-24 noyabr tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin inzibati binasından (Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər.

 

İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib.


İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 20 sual isə məntiqi nəticə çıxarma bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Ədliyyə Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

 

İmtahan 3 sааt dаvаm еdəcək. Qanunvericilik sahəsinə aid testlər üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlər üzrə isə hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Toplana bilinən maksimal bal 90-dır. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunur. İmtаhаn nəticəsində ümumi bаlı 55 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.


İmtahanda iştirak etmək üçün namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Direktor müavinləri vəzifələrinə müsabiqənin imtahan mərhələsinin vaxtı açıqlanıb

Direktor müavinləri vəzifələrinə müsabiqənin imtahan mərhələsinin vaxtı açıqlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ – DİM məlumat yaydı

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ – DİM məlumat yaydı

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Kooperasiya Universitetində yanğınla əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı keçirilir

Kooperasiya Universitetində yanğınla əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı keçirilir

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcəkdir

DİM Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcəkdir

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb