AzTehsil.com


Xəbərlər / Müəllim
22 avqust 2018
3 565


Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”



 

Müəllim olmaq istəyən şəxslər artıq III mərhələdə də özlərini sınayıblar. Müsahibə mərhələsindən də uğurlu keçən namizədlər müddətsiz müqavilə ilə işə qəbul oluna biləcəklər.

Aztehsil.com-un məlumatına görə, AzEdu.az saytı elə son günlər təhsil gündəmini zəbt edən MİQ ( Müəllimlərin İşə Qəbulu) imtahanları barədə müəllimlər arasında sorğu keçirib.

Müəllimlər MİQ imtahanlarının təşkilində nələrdən narazıdırlar və onlar bu imtahanların daha effektli təşkili üçün nə təklif edirlər?

Sorğunu təqdim edirik:

Bərdə rayon Kürdborakı kənd orta məktəbinin müəllimi Elşən Ramizoğlu təklif edir ki, direktorlar komissiyada iştirak etməsinlər:

"MİQ imtahanlarında imtahan nəticələri təqdim olunsun. Vahid kurikulum dərsliyi çap edilsin. Dünyagörüşü altında texniki fənn müəllimlərinə tarixi suallar verilməsin. Və nəhayət, Kimya fənnindən dərs saatlarının vakansiyaya az çıxarılmasına nəzaret edilsin”.

Tovuz rayon Vizəzəmin kənd orta məktəbinin müəllimi Rəşad İsalı isə MİQ imtahanlarının I mərhələsində Məntiqə aid  sualların çıxarılmasını istəyir:

"Həm humanitar, həm də texniki fənn müəllimlərinə eyni ağırlıqlı məntiq sualları salırlar. Riyaziyyat müəllimi ilə tarix müəllimi məntiqi eyni bilməz axı. Bu da vaxt itkisi olur. Ondansa dünyagörüşündən sual təqdim etsələr, daha yaxşı olar”.

Abşeron rayon Saray qəsəbəsi 2 saylı tam orta məktəbin müəllimi Nigar Piriyeva Təhsil Nazirliyindən xahiş edir ki, kurikulum ləgv edilsin:

"Bir də mümkünsə, müəllimlərin işə qəbul imtahanlarında müsahibə mərhələsi olmasın”.

Sabirabad rayon Balvar kənd orta məktəbinin müəllimi Kənan Quliyev bütün imtahanların eyni gündə və eyni saatda təşkilinin daha şəffaf olacağına inanır:

"Çünki imtahandan çıxan müəllimlər sualları ondan sonra imtahana daxil olan müəllimə çatdırır”.

Şamaxı şəhər 9 saylı tam orta məktəbin müəllimi Aytən Eyvazlını düşündürən isə tam ayrı məsələdir:

"Nəyə görə şəhər və ya rayon mərkəzlərində yerləşən məktəblərə keçid balı yüksək, kəndlərə isə nisbətən aşağıdır? Düzdür, bəlkə məsafə problemi var, bunu anlayıram. Lakin ucqarlarda onsuz da həvəsləndirmə pulu tətbiq olunur”.

Hacıqabul rayon Kolani kənd orta məktəbinin müəllimi Müşfiq Nağıyev də həmkarları kimi humanitar fənn müəllimləri üçün məntiq suallarının salınmasını məntiqsiz hesab edir:

"Üstəlik, MİQ imtahanlarında müsahibə mərhələsinin ləğv olunmasını istərdim”.

Şabran rayon Ağbaş kənd orta məktəbinin müəllimi Samir Kərim narazılıq edir ki, humanitar fənn müəllimləri üçün sualların 50 faizinin riyazi məntiqdən olması heç bir tələbə uyğun deyil:

"Əksinə, beyini hərəkətə gətirmək üçün  digər məntiq üsullarından və vasitələrindən istifadə etmək olar. İkinci narazılığım isə odur ki,  rus dili müəllimləri üçün qəbul statistikasında keçidi keçən müəllimlərin sayı vakant yerdən ən azı 70 dəfə az idi. Bu keçən il 80-90 arası dəyişirdi. Amma buna baxmayaraq, keçid balları aşağı salınmadı.Yaxşı bəs o uşaqlara rus dili fənnini digər müəllimlər tədris edəcəkdisə, niyə vakant yer həm də rus dili müəllimlərinə verilirdi?”

Ağcabədi rayon 9 saylı orta məktəbin müəllimi Vüsalə Əliyeva  hesab edir ki, imtahanların yalnız Bakıda deyil, bölgələrdə də təşkili qənaətbəxş olardı:

"MİQ imtahanlarında tam prosedur dəyişdirilməsə də, bəzi dəyişikliklər lazımdır. Müəllimlərin hansı sualı düz və ya səhv yazdığı müəllimlərə təqdim olunsa, daha yaxşı olardı”.

Şəki şəhər Baş Göynük kənd 1saylı orta məktəbin müəllimi Aysel Səfərzadə də həmkarları kimi təklif edir ki, MİQ imtahanlarına hazırlaşmaq üçün vahid dərs vəsaiti olsun.

Laçın rayon Taxtakörpü kənd tam orta məktəbinin müəllimi Şəbnəm Cəbrayıl qeyd edir ki, imtahan məntəqələri yalnız Bakıda deyil, həm də rayonlarda olsun:

"Çünki bəzi müəllimlərin bütün mərhələlər üçün gəlib Bakıda qalmağa imkanı yoxdur".



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlər  Milli  Məclisdə mükafatlandırılacaqlar

Müəllimlər Milli Məclisdə mükafatlandırılacaqlar

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Müəllimlərdən nazirliyə müraciət: "İkinci mərhələdə müddətsiz müqavilə ilə işləmək üçün şans yaradılsın"

Müəllimlərdən nazirliyə müraciət: "İkinci mərhələdə müddətsiz müqavilə ilə işləmək üçün şans yaradılsın"

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

700 bal toplayan 15 nəfər kimdir? - Tam SİYAHI

700 bal toplayan 15 nəfər kimdir? - Tam SİYAHI

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti rayon və kənd məktəblərində təhsil alıb

Maksimum bal toplayan abituriyentlərin əksəriyyəti rayon və kənd məktəblərində təhsil alıb

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib