AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
28 oktyabr 2018
3 926


Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”



 

 
Bu gün kurikulum əsasında ilk sınaq imtahanları keçirilir. Abituriyentlər ilk dəfə situasiya tipli test tapşırıqları ilə də imtahan olunacaqlar.

Bəs, repetitorlar şagirdlərini yeni qaydada keçirilən sınaq imtahanına necə hazırlaşdırıb?

DİM-in tarix üzrə seminar sədri Kərəm Məmmədov bildirib ki, şagirdlərini sınaq imtahanlarına dərsliklərə əsasən, kurikulum qaydaları ilə hazırlaşdırıb:

"Nəticənin necə olacağı barədə öncədən proqnoz vermək mümkün deyil, hələ nəticələrinə baxacağıq. Amma sınağa salınan testlər o qədər də çətin deyil. Ənənəvi testlərə uyğunlaşdırılıb. Eyler diaqramı və digər bu tipli suallar qapalı formada olduğuna görə, məncə, elə də problem olmayacaq”.

Coğrafiyanı tədris edən repetitor Tural Topçuyev AzEdu.az-a açıqlaması zamanı bu sınaq imtahanın vaxtsız keçirildiiyni, bu səbəbdən, şagirdlərinə iştirakı məsləhət görmədiyini bildirib:

"Açığı, şagirdlərimi bugünkü sınaq imtahanına getməyə qoymamışam. Çünki hələ ki, proqramın heç 5-10 %-i mənimsənilməyib. Amma kurikuluma hazırlıqlıdırlar”.

Qəbul imtahanı zamanı sınaqlarda iştirak etməyən abituriyentlərin aqibətinin necə olacağı sualına isə müəllim belə cavab verib:

"Sınağa gedəcəklər. Sadəcə abituriyentlər sınaq imtahanına zamanında getsələr yaxşıdır. Hələ sınaqlara yeni start verilib. Bu, zamansızdır. Bəzi uşaqlar gedib orada zəif nəticə göstərərək psixoloji travma keçirirlər. Ona görə də hələ ki, öz şagirdlərimə bunu məsləhət görmədim”.

Müəllimin sözlərinə görə, situasiya tipli tapşırıqlar üçün hələ ki, DİM-in yeni vəsaiti nəşr olunmayıb:

"Onları DİM-in buraxdığı sinif testləri, bir də məktəb kitablarında olan suallar əsasında  hazırlaşdırıram. Hazırda əsas bunlardır. Çünki DİM-in nə test toplusu, nə də suallarla bağlı hələ hansısa kitabı nəşr olunmayıb. Hazırda nəşr olunanlar isə köhnədir, sadəcə üzləri dəyişdirilərək içinə 1-2 əlavələr olunub”. 
 azedu.az
 
 
 

Müəllimlərin “kurikulum sınaq”ı narahatlığı – “Şagirdlərimi imtahana qoymadım”

 





Загрузка...
Həmçinin oxuyun:
“Bugünkü sınaq imtahanından heç kəsdən maksimum 400 bal belə gözləmirəm” – Bədbin proqnoz və səbəbi

“Bugünkü sınaq imtahanından heç kəsdən maksimum 400 bal belə gözləmirəm” – Bədbin proqnoz və səbəbi

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Növbəti sınaq imtahanına qeydiyyat başlayır

Növbəti sınaq imtahanına qeydiyyat başlayır

Sınaq imtahanına qeydiyyat başlayır

Sınaq imtahanına qeydiyyat başlayır

Sonuncu sınaq imtahanına qeydiyyat başlayıb

Sonuncu sınaq imtahanına qeydiyyat başlayıb

İkinci sınaq imtahanına yazılış başlayıb

İkinci sınaq imtahanına yazılış başlayıb

Sınaq imtahanlarına qeydiyyat başladı

Sınaq imtahanlarına qeydiyyat başladı

Kurikulum modelinə uyğun ilk sınaq imtahanı keçirilir

Kurikulum modelinə uyğun ilk sınaq imtahanı keçirilir

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Sabah   ilk sınaq imtahanı keçiriləcək

Sabah ilk sınaq imtahanı keçiriləcək

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Aprelin 1-də keçirilən sınaq imtahanının nəticələri açıqlandı

Gəlir, hara gedir?

Gəlir, hara gedir?

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

Dövlət qulluğunda işləmək istəyənlər - Sınaq imtahanı keçiriləcək

Dövlət qulluğunda işləmək istəyənlər - Sınaq imtahanı keçiriləcək

Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək

Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək

DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib

DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib