AzTehsil.com
RU


Xəbərlər
11 iyul 2023
563


İctimai Şuranın sədri Etibar Əliyevin İctimai Şuradan istefa verməsinə aydınlıq gətirib




Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şura bu qurumdan istefa verən deputat Etibar Əliyevə cavab verib.


 İctimai Şura bununla bağlı məlumat yayıb.


Bilidirilb ki, iyulun 10-da Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın iclası keçirilib. İclas zamanı şura üzvləri tərəfindən 4 məsələ müzakirə edilib.


İclasda müzakirə edilən mövzular bunlardır:


1. Müəllimlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti;


2. İctimai dinləmələrin əhəmiyyəti;


3. Elm və Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı ictimaiyyətdə yayılan təhrif edilmiş fikirlərə münasibət;


4. Tədris ilinin yekunu.


İctimai Şuranın sədri Günel Səfərova deputat Etibar Əliyevin İctimai Şuradan istefa verməsinə belə aydınlıq gətirib:


“İlk növbədə onu qeyd etmək istəyirəm ki, Etibar Əliyev ETN-in yanında İctimai Şura üzvlüyündən istefası ilə bağlı quruma rəsmi müraciət etməyib və bu gün təşkil edilən görüşdə də iştirak edib. “Zoom” platforması üzərindən keçirilən görüş zamanı da istefa ilə bağlı hər hansı bir məlumat bizə bildirilməyib.


Xüsusilə onu vurğulayım ki, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə ETN-in yanında yaradılan İctimai Şura təhsillə bağlı istənilən mövzunu müzakirə edəcəyimiz mühüm bir platformadır. Bütün şura üzvləri təsdiq edər ki, elm və təhsillə bağlı çoxsaylı məsələlərin müzakirəsi şura sədri olaraq tərəfimdən hər zaman dəstəklənib.


1 il 7 aylıq fəaliyyəti müddətində şura üzvü Etibar Əliyev iclas və müzakirələrdə iştirak etsə də, təhsilin bu və ya digər probleminə dair hər hansı narahatlıq və narazılığı barədə şuraya müraciət etməyib. Etibar Əliyev şuranın daxili müzakirələri barədə yalnız öz “Facebook” profilində statuslar paylaşıb, İctimai Şuraya istədiyi zaman müraciət etmək imkanının olduğu halda, kommunikasiya aləti kimi, əsasən, sosial şəbəkədən istifadə edib.


Son zamanlar, xüsusilə sertifikatlaşdırma prosesi ilə bağlı yekun hesabat tədbirində səsləndirilən fikirlərin təhrif edildiyindən narahatlığımı ifadə edərək bu gün iclasda Etibar Əliyevə mövqeyimi bildirdim. Hamı qəbul etməlidir ki, İctimai Şura platforma olaraq vacib məsələlərin və məzmunun müzakirəsi üçün fəaliyyət göstərən qurumdur, bu  mərama zidd davranışlar yolverilməzdir.


Bu gün iclasda haqlı olaraq şura üzvləri də Etibar Əliyevin hazırkı fəaliyyətini təqdir etməyərək onu sağlam dialoq, qarşılıqlı hörmət mühitinə dəvət etdilər. İctimai Şura üzvləri cəmiyyətdə tanınan, sahələrinin mütəxəssisi olan və təhsil istiqamətində çalışan insanlardır.


Qeyd edim ki, İctimai Şura üzvlüyündən istefa Etibar Əliyevin hüququdur. Əlbəttə, bu müddət ərzində işgüzar mühitdə münasibət barədə qərarlarını şura sədri olaraq mənə bildirməsi arzuolunan idi. Lakin mən insanların kommunikasiya vasitələrinin seçiminə və qərarlarına hörmətlə yanaşıram”, – deyə Günel Səfərova qeyd edib.


Milli Məclisin deputatı Etibar Əliyev ötən gün üzvü olduğu Elm və Təhsil Nazirliyinin (ETN) yanında İctimai Şuradan istefa verdiyini açıqlayıb. O, İctimai Şuradan istefasını iclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi vatsap yazışmasının sosial şəbəkə hesablarında paylaşılması, bu məsələnin İctimai Şuranın müzakirə gündəliyinə salınmaması və digər səbəblərlə əlaqələndirib.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İclas  yüksək idarəetmə orqanıdır.Təşkili  və  idarə edilməsi.

İclas yüksək idarəetmə orqanıdır.Təşkili və idarə edilməsi.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli...

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli...

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Metodbirləşmələr

Metodbirləşmələr

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib