Xəbərlər / Doktorantura
07 iyul 2023
613


Şəhid xanımı: “Doktorantura təhsili almağa hazırlaşıram” - AÇIQLAMA


“Ayaq üstə dayanmaq üçün güclü olmağa məcburuq”.


Bu sözləri Oxu.Az-a açıqlamasında Lənkəran Dövlət Universitetinin (LDU) magistraturasını fərqlənmə diplomu ilə bitirən Aysel Kazımova deyib.


Xatırladaq ki, LDU-nu fərqlənmə ilə bitirən A.Kazımova şəhid baş leytenant Vüsal Kazımovun həyat yoldaşıdır.


A. Kazımova təhsilini davam etdirmək istədiyini dilə gətirib:


“Motivasiya hər zaman önəmlidir. Mən əminəm ki, həyat yoldaşım məni belə daha çox sevərdi. Möhkəm, ayaq üstə dura bilən qadın olduğum üçün qürur duyardı. Düşünürəm ki, əgər mən çöksəm, bu ona da təsir edərdi. Hər şeydən öncə mən ayaq üstə dayanmaqla onu ayaqda saxlayıram. Yoldaşım şəhid olandan sonra təhsilimi davam etdirmək qərarına gəldim. 2014-cü ildə Lənkəran Dövlət Universitetində bakalavr təhsilini başa vurdum. 2021-ci ildə bu təhsil ocağının Xarici dilin (ingilis dili) tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsində daxil oldum. Magistraturanı bitirmədiyim üçün universitetdə texniki işçi olaraq fəaliyyət göstərirdim. Həm işlədim, həm də magistratura təhsilini fərqlənmə ilə başa vurdum”.

A.Kazımova magistratura təhsili ilə kifayətlənmədiyini, doktoranturaya qəbul olmaq üçün imtahan verməyi düşündüyünü söyləyib:


“Yoldaşımın adına görə, təhsilimi adi diplomla başa vura bilməzdim. Qarşıma məqsəd qoydum ki, fərqlənmə diplomu ilə təhsilimi başa vurum. Elə də oldu. Amma bununla kifayətlənmək olmaz. Təhsilimi davam etdirməyi, doktoranturaya qəbul olmaq üçün imtahan verməyi düşünürəm. Gələcəkdə universitetdə müəllim kimi işləmək fikrim var”.


Qeyd edək ki, şəhid baş leytenant Vüsal Kazımov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Onun iki qız övladı yadigar qalıb. Hazırda birinin səkkiz, digərinin üç yaşı var.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Topçu Vüsal məşhur şəklindən danışdı: “Yaxın dostumu itirmişdim döyüşlərdə” - MÜSAHİBƏ

Topçu Vüsal məşhur şəklindən danışdı: “Yaxın dostumu itirmişdim döyüşlərdə” - MÜSAHİBƏ

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Plan yerləri daha çox boş qalan universitetlər - SİYAHI

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

Birincilərin birincisi

Birincilərin birincisi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.