Xəbərlər
05 iyul 2023
465


Azərbaycanda ortalama balı ən yüksək olan tələbə Almaniyaya niyə gedir? - AÇIQLAMA + FOTO


“Xaricdə təhsilimi başa vurduqdan sonra ölkəmizə qayıtmağı düşünürəm”.


Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetini 98,21 bal ilə bitirən Səbinə Feyzullayeva deyib.



S.Feyzullayeva tibb təhsilini Almaniyada davam etdirməyi düşündüyünü qeyd edib:


“Müalicə işi üzrə təhsil almışam. Altı il ərzində çox əziyyət çəkdim. Çox çətin və ağır oldu. Fənlər çox, vaxt az idi. Universiteti mənimlə birlikdə bitirənlərin hər biri mənim qədər çalışıblar. Ali məktəbi Prezident təqaüdü ilə bitirdim.


Tibb təhsilimi Almaniyada davam etdirməyi düşünürəm. İnişil bir ay, keçən il iki ay Almaniyada xəstəxanalarda təcrübə keçdim, vəziyyəti gördüm. Qərarım daha da qətiləşdi. Almaniyada təhsili əvvəldən düşünürdüm”.


Səbinə Feyzullayeva deyir ki, xaricdə təhsil 10 il davam edəcək:


“Bizi Azərbaycan yetişdirib. İstədiyim ixtisasa tam yiyələndikdən sonra ölkəmizə qayıdacağam. Üstümüzdə müəllimlərin əməyi var.


Qəbul imtahanında 690 bal toplamışdım. Dedim ki, “yaxşı ki, itirmişəm”. Düşünmürəm ki, insanlar bala görə fərqlənsinlər. Hər birimiz eyniyik. Sadəcə, rəqəmlər fərqlidir. Həkimlik bir sənətdir. Oxuduqca, hər gün, hər il keçdikcə daha çox sevirsən. Uca bir sənətdir”.

Azərbaycanda ortalama balı ən yüksək olan tələbə gələcəkdə kardioloq kimi ixtisaslaşmaq istədiyini qeyd edib:



“Kardioloq olmaq istəyirəm. Ailəm hər zaman dəstək olub. Yaxınlarımdan həkim olan yoxdur.


Bu sahə üzrə elm kifayət qədər inkişaf edib və bu inkişaf davam edir. Biz də istifadə edib xəstəliklərə çarə tapa biləcəyik. Uğura qazanmaq üçün əzmli olmaq, çox çalışmaq lazımdır. Hər zaman düşünmüşəm ki, çox çalışsam, bacaracağam. Asan deyil”.


Qeyd edək ki, 22 yaşlı Səbinə Feyzullayeva dörd yaşında səlis oxumağı və yazmağı bacarıb, beş yaşında ingilis dilini öyrənməyə başlayıb. Altı il öncə Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla ATU-nu seçib. Prezident təqaüdçüsü olub. Altı il ərzində ən yüksək akademik göstəricilərlə Prezident təqaüdü alıb.



Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Birincilərin birincisi

Birincilərin birincisi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi