AzTehsil.com


Xəbərlər / Video
20 iyun 2023
688


Erməni uşaqlar Qarabağda hərbi fəaliyyətə cəlb edilirlər: Real kadrlar -FOTO/ VİDEO




2020-ci ildə Azərbaycanla Ermənistan arasında beş vermiş 44 günlük müharibə nəticəsində uzun illər işğal altında qalmış Azərbaycan əraziləri azad edilərək ölkənin beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü bərpa edilib. Hazırkı postkonflikt dövründə iki ölkə arasında aparılan danışıqlarda, əsasən, sülh müqaviləsinin imzalanması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən kommunikasiyaların qarşılıqlı əsaslarla açılması əsas müzakirə mövzularıdır.


Cari ilin aprel ayından etibarən iki ölkə sərhədinin Laçın istiqamətində rəsmi Bakı tərəfindən nəzarət-buraxılış və gömrük məntəqələrinin qurulması bir daha Qarabağ münaqişəsinin tarixə qovuşduğunu göstərən mühüm nəticə idi. Təsadüfi deyil ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam şəkildə təmin olunduğunun göstəricisi hesab edilən “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu ölkə ictimaiyyəti qarşısında rəsmən bildirildi.


Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağın dağlıq ərazilərində özünü erməni əhalisinin rəhbərləri kimi qələmə verən bir qrup şəxsin separatçı düşüncələri və buna uyğun atdıqları addımlar davam etməkdədir. Qarabağın daxilində qanunsuz erməni silahlı qruplaşmalarının yerdəyişməsi və müxtəlif istiqamətlərdə hərbi təlimlərin aparılması prosesi hələ də müşahidə edilir.


Son vaxtlarda separatçılar tərəfindən intensivləşən hərbi fəaliyyətlərdə yetkinlik yaşına çatmayan erməni uşaqlardan istifadə edilməsi halları yenidən üzə çıxır. Bir neçə gün öncə Qarabağda azyaşlı uşaqların hərbi formada hərəkət etdikləri kadrların olduğu video erməni bloqerlər tərəfindən sosial şəbəkələrdə yayımlanıb.


Şəkil 1. Qarabağda qanunsuz hərbi birləşmələrin hazırlıqlarına qatılan azyaşlı uşaqlar:


https://baku.tv/dunyaa/ermeni-usaqlari-qarabagda-herbi-fealiyyete-celb-edilir


Qeyd edək ki, II Qarabağ müharibəsi dövründə də erməni tərəfinin döyüş mövqelərindəki vəziyyəti əks etdirən videosüjetlərdə azyaşlı uşaqların müxtəlif vəzifələri icra etməsi halları mövcud idi. Bundan əlavə, yetkinlik yaşına çatmayan uşaqların müdafiə və digər hərbi təyinatlı fəaliyyətlərə bağlı təlimlərdə iştirakı haqqında kifayət qədər geniş foto və videogörüntülər var. Aşağıdakı şəkillər hazırda Qarabağda fotoqraf olaraq fəaliyyət göstərən erməni bloqer tərəfindən şəxsi “Instagram” sosial şəbəkə hesabında paylaşılıb. Şəkillərdə II Qarabağ müharibəsindən bir müddət öncə (2020-ci ilin iyul ayında) Xocalı rayonunun Xanabad kəndində keçirilən erməni uşaqların ilkin hərbi hazırlıq təlimlərində iştirakı əks olunur.


Şəkil 2. Azyaşlı erməni uşaqların ilkin hərbi hazırlıq təlimlərində iştirakı ilə bağlı “Instagram” platformasında paylaşılan şəkil.



Şəkil 3. Azyaşlı erməni uşaqların ilkin hərbi hazırlıq təlimlərində iştirakı ilə bağlı “Instagram” platformasında paylaşılan digər şəkil.




Hazırkı postmünaqişə dövründə Qarabağın dağlıq hissəsində yaşayan erməniəsilli vətəndaşların reinteqrasiya prosesini həyata keçirmək məqsədilə rəsmi Bakı tərəfindən dialoq təklifi irəli sürülsə də, separatçılar tərəfindən prosesi pozmaq məqsədi daşıyan bəzi siyasi, eləcə də hərbi fəaliyyətlərə cəhdlər edilir.


Bir müddət öncə Qarabağa gələrək rəsmi Bakı ilə region arasında reinteqrasiya prosesinin qarşısını almağa çalışan və sadə erməni vətəndaşları Azərbaycana qarşı mübarizəyə səsləyən Ruben Vardanyanı qeyd etmək lazımdır. Məhz Ruben Vardanyan tərəfindən yaradılan “Biz və Dağlarımız” (“Мы - Наши Горы”/“We Are Our Mountains”) adlı inkişaf agentliyinin Qarabağda icra etdiyi layihələr içərisində “Davit bek Gənclər Çempionatı” (“Davit Bek” Youth Championship”/“Юношеский Чемпионат “Давид-Бек”) adlı sistemli hərbi təlim və hazırlığı özündə ehtiva edən yarışın keçirilməsi də qeyd edilir. Gənclər arasında keçirilən, idman yarışı olaraq adlandırılan bu tədbir Xankəndi şəhərində fəaliyyət göstərən məktəblərin 16-18 yaş aralığında olan oğlan və qızlarını ehtiva edir. Tədbirin keçirilməsində məqsədin gənclər arasında hərbi mövzuların təbliğ edilməsi, gənclərin döyüş əməliyyatlarına hazırlığının təmin edilməsi və təcrübəli döyüş hissələrinin formalaşdırılmasının olduğu bildirilir. Lakin yarış elan olunduqdan bir müddət sonra Azərbaycan mətbuatında layihənin maliyyələşməsində beynəlxalq xarici bankların rolu ilə bağlı ifşaedici materiallar yayımlandıqdan sonra “Biz və Dağlarımız” inkişaf agentliyi tərəfindən layihənin məqsədi və vəzifələri barədə ictimaiyyətə açıqlanan məlumatların təhrif edilməsinə cəhd göstərilib.


Şəkil 4. Yetkinlik yaşına çatmayan uşaqların qatıldıqları “Davit Bek” oyunları barədə açıqlanan əvvəlki məlumat.



Şəkil 5. Layihə barədə məlumatların yenilənən (təhrif edilən) variantı.



Azərbaycan Respublikasının beynəlxalq hüquq və normalar çərçivəsində suveren ərazisi olaraq qəbul edilən Qarabağ ərazilərində azyaşlı erməni uşaqların hərbi idman növü və ya ilkin hərbi hazırlıq təlimləri adı altında separatçı və terrorist fəaliyyətlərə yönəldilməsi bəşəri cinayətdir. Son günlərdə sosial şəbəkələrdə yayımlanan görüntülər, o cümlədən müxtəlif erməni silahlı qrupları tərəfindən fərqli oyunlar adı altında yetkinlik yaşına çatmayan uşaqların Qarabağ ərazilərində hərbi təlimlərə cəlb edilməsi, yeni nəslə nifrət və düşmənçiliyin aşılanaraq Azərbaycanla yeni müharibəyə hazırlanmasına səbəb olur.


Məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bu ilin yanvar ayında Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı hazırlanan hesabat sənədi BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına təqdim edilib. Məlumat üçün bildirək ki, silahlı münaqişələrdə uşaqları qorumaq üçün prinsiplər və müddəalar 1949-cu il Cenevrə Konvensiyalarında və onların 1977-ci il Əlavə Protokollarında, həmçinin 1989-cu il Uşaq Hüquqları Konvensiyasında, onun 2000-ci ildə uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolunda öz əksini tapır. Hesabat sənədində Ermənistan Respublikasının beynəlxalq hüquqla təsbit edilən norma və prinsipləri, o cümlədən üzərində götürdüyü öhdəliklərini kobud şəkildə pozduğu qeyd edilir.


Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) Statutunda 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin müharibə cinayəti qismində təsnif olunması müəyyən edilib.


https://baku.tv/dunyaa/ermeni-usaqlari-qarabagda-herbi-fealiyyete-celb-edilir-87218


Özünü Qarabağda yaşayan erməni vətəndaşların lideri kimi təqdim etməyə çalışan Arayik Arutyunyan, Ruben Vardanyan başda olmaqla separatçı rəhbərliyin azyaşlı uşaqlardan hərbi fəaliyyətlərdə istifadə etməsi beynəlxalq cinayətdir. Hazırda dünyada varlığını davam etdirən İŞİD, YPG/PKK, “Əl-Qaidə” və digər bir sıra terror təşkilatlarının təlim düşərgələrində, eləcə də icra etdikləri terror aktlarında azyaşlı uşaqlardan istifadə edilir. Bu haqda beynəlxalq təşkilatların hesabatlarında kifayət qədər geniş məlumata rast gəlmək mümkündür.


Şəkil 6. İŞİD terror təşkilatının uşaqlardan ibarət xüsusi dəstəsi.



Şəkil 7. YPG/PKK terror təşkilatının uşaq döyüşçüləri.


Təəssüflə qeyd etmək lazımdır ki, adıçəkilən terror təşkilatlarının yürütdüyü dəst-xət Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində də aparılmaqdadır. Lakin VoMA, POGA və digər müxtəlif erməni silahlı qrupları tərəfindən Qarabağ ərazilərində icra edilən qanunsuz hərbi fəaliyyətlərə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən diqqət yetirilməməkdədir. Rəsmi Bakı BMT və onun ixtisaslaşmış təsisatları (UNICEF) başda olmaqla digər beynəlxalq təşkilatların, o cümlədən insan hüquqları sahəsində qlobal nüfuza malik “Human Rights Watch”, “Amnesty International” təşkilatlarının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (“International Committee of the Red Cross”) məsələyə münasibət bildirərək separatçılar tərəfindən yürüdülən fəaliyyətə müdaxilə etməsinə çağırır.


“Trend” İnformasiya Agentliyi




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır

“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır

Laçınsız 27 il

Laçınsız 27 il

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Baxış müəllimin müharibə xatirələri

Baxış müəllimin müharibə xatirələri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...