AzTehsil.com


Xəbərlər
22 yanvar 2018
2 370


“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır



“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır

Yanvarın 22-də Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisində bu qurumun "Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təliminin açılış mərasimi keçirilib.


Təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çin Xalq Respublikası Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.


Açılış mərasimində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski bildirib ki, INCU - Ümumdünya Gömrük Təşkilatı və digər təşkilatların gömrük işinin tədqiqatı və tədrisi sahəsində fəal olan universitetlərə və elmi-tədqiqat institutlarına çıxışını təmin etmək məqsədilə 2005-ci ildə yaradılıb. Vahid əlaqə mənbəyi kimi çıxış edən INCU həmçinin gömrük məsələləri ilə bağlı ictimai məlumatlılığı artırmaq, elmi tədqiqatlara rəvac vermək və şərait yaratmaq məqsədini daşıyır.


INCU-nun Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Mixail Kaşubski bu qurumun ilk regional ofisinin məhz Bakı şəhərində 2015-ci ildə açıldığını bildirib. Azərbaycanda "Qış məktəbi” təqaüd proqramı üzrə təlimin isə 2016-cı ildən başlayaraq keçirildiyini qeyd edən Katibliyin rəhbəri təlimlərin Dövlət Gömrük Komitəsi ilə birlikdə təşkil olunduğunu söyləyib.


Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin əməkdaşı Vüqar Həmidli bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri də məhz Azərbaycan gömrüyünün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələləridir.


Vüqar Həmidli qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bu məqsədlə Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi və digər aidiyyəti qurumlarla davamlı əməkdaşlıq edir. Azərbaycan paytaxtında ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzinin, eləcə də INCU-nun Regional Ofisinin fəaliyyət göstərməsi deyilənlərə əyani nümunədir.


Sonra ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri doktor Tonq Hua və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova çıxış edərək təlimdə iştiraka dəvət aldıqları üçün minnətdarlıqlarını ifadə edib, təlimin məhsuldar və səmərəli keçməsi üçün öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.


Daha sonra INCU-nun fəaliyyətinə dair, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının nəşri olan "Gömrük və İqtisadiyyat Jurnalı” haqqında təqdimat keçirilib.


Açılış mərasimindən sonra isə tədbir iştirakçılarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına səfəri təşkil edilib.


Akademiyada qonaqlara məlumat verilib ki, bu ali təhsil ocağı 2012-ci ilin yanvarında təsis edilib, ilk tələbə qəbulu isə 2014-cü ildə həyata keçirilib. Gömrük Akademiyası gömrük sistemini yüksək səviyyəli peşəkar kadrlarla təmin etmək məqsədilə yaradılıb. Burada tələbə və müəllimlər üçün lazımi şərait təmin edilib.


Bundan başqa, ÜGT-nin Bakı şəhərindəki Regional Kinoloji Mərkəzinə baş çəkən qonaqlar bu müəssisənin fəaliyyətilə yaxından tanış olublar.


Təlim yanvarın 23-dən başlayaraq ayın 27-dək davam edəcək.


Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan təlimin gündəliyi "Tarif təsnifatı və preferensial mənşə qaydaları”, "Ümumdünya Gömrük Təşkilatı, gömrük islahatı və modernizasiya”, "Beynəlxalq ticarət əməliyyatları və sənədləşmə” və "Gömrük risklərinin idarə olunması” mövzusunda məruzələrdən ibarətdir.


Təlimi INCU Katibliyinin rəhbəri doktor Mixail Kaşubski, ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri doktor Tonq Hua və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova aparacaq.




Загрузка...
Həmçinin oxuyun:
Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən etdi - SİYAHI

Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən etdi - SİYAHI

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi