Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı
Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin "Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin açılış mərasimi keçirilib. Öncə Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev çıxış edərək layihənin seçim mərhələsinə 100-dən çox tələbənin müraciət etdiyini, onlardan 30 nəfərinin iştirak hüququ qazandıqlarını bildirib. Layihənin rəhbərlərindən biri olduğunu vurğulayan dekan 10 həftəlik təlimlərdə iştirak edəcək bütün tələbələr uğurlar arzulayıb.
Daha sonra layihənin digər rəhbərləri - Beynəlxalq Jurnalistika kafedrasının dosentləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovagələcək təlimlər barədə danışıblar. Məlum olub ki,"Beynəlxalq Jurnalistika Məktəbi” layihəsində beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə yerli və xarici mütəxəssislər tərəfindən təlimlər keçiriləcək, praktik məşğələlər aparılacaq.
Layihənin ilk təlimçisi, Jurnalistika sahəsində 30 illik təcrübəyə malik Böyük Britaniyalı Dan Mason olub.
Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdman Jurnalistikası” magistr proqramının direktoru olan Dan Mason onlayn, mobil, sosial media və multimedia kimi sahələrlə bağlı fikirlərini və təcrübəsini bölüşüb. O, tələbələrin praktik bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.
Qeyd edək ki, layihənin koordinatorları Beynəlxalq Jurnalistika kafedrasının doktorantı Nərminə Əsədova və magistrantı Nurlan Salamovdur.
Layihəyə adıçəkilən kafedra və fakültənin Tədris-teleradio studiyasının təşkilati dəstəyi ilə baş tutub.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni dekan təyin olunub

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

ADU-da Jurnalistika kafedrası yaradılıb

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

Dekan müavininin tələbələri hədələyən ikinci səs yazısı üzə çıxdı-"İpinizi çox boş buraxmışıq"

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

ADU-da yeni təyinatlar olub

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

Dosent BDU dekanının tələbələri hədələməsinə reaksiya verdi

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU-dan yeni qərar: Jurnalistika fakültəsi yaradılır

Bu gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika günüdür !

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ləğv edilməyib – RƏSMİ

ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

BDU-nun kafedra müdiri işdən azad edildi