AzTehsil.com


Xəbərlər
17 aprel 2017
3 081


Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır



Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

 

Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumun Proqram Komitəsinin iclası keçirilib.
 
BANM-dən bildirilib ki, forum aprelin 25-28-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Confidence Capital Ltd şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
 
İclasda Forumun Proqram Komitəsinin sədri, BANM-in rektoru Elmar Qasımov  və sözügedən Komitənin həmsədri, Confidence Capital Ltd şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər. Qeyd olunub ki, 2-ci SOCAR Beynəlxalq Forumu beynəlxalq maraq doğurur. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə 15 ölkədən iştirakçılar iştiraklarını təsdiqləyib. Azərbaycan, Avstriya, Belorus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Kipr, Litva, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrinin 100-dən artıq nümayəndəsi Foruma qoşulacaq.
 
Forumda SOCAR-ın aparıcı struktur bölmələrin rəhbərlərinin iştirakı, o cümlədən Qaz İxrac İdarəsi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Sərmayələr İdarəsi və SOCAR-ın Ceneva şəhərində yerləşən bölmələrinin və SOCAR-Ukrayna rəhbərliyinin nümayəndələrin iştirakı gözlənilir. 
 
Proqram Komitəsinin iclasında 2-ci SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunun təşkilatı məsələlərinin müzakirəsi keçirilib.



Загрузка...