Xəbərlər / Ekspert
08 iyun 2023
568


Niyə universitetlərimiz rəqabətə davamlı deyil-İlham Əhmədov


 Təhsil naziri bu vəzifəyə  yeni təyin ediləndə tez-tez deyirdi ki, mənə problemlərdən danışın, məişət səviyyəsində olan məsələlərdən yox.

Həqiqətən də təhsildə problemllər çoxdur və aybaay da artır.  Amma nazirliyin özünün təhsildə olan sistem xarakterli problemlərdən danışdığını, onları necə həll etdiyini  eşitmədik,   verilən təkliflərin nəzərə alındığını da  görmədik.   Təhsildə olan sistem xarakterli problemlər  onların gündəliyində yoxdur, çünki, bu problemlər  aysberqin  görünməyən tərəfidir, bunu görmək isə asan deyil. 


Təhsildəki  ciddi problemlərdən biri də bu sahədə qəbul edilmiş dövlət proqramlarının hazırlanması, icrası və monitorinqi ilə əlaqədardır. Təcrübə göstərir ki, təhsilə dair strategiyalar və  dövlət proqramlarının  əksəriyyəti keyfiyyətsiz və yarımçıq hazırlanır, maliyyələşməsi  qeyri şəffaf olur və natamam olur, icrası səriştəsiz adamlara həvalə olunur. Heç  bu proqramların icra  nəticələrinin monitorinqi də aparılmır. 


Təbii ki, belə dövlət proqramları təhsilə fayda verə bilməz. Bu natamam dövlət proqramlarından biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır  (https://e-qanun.az/framework/40711).  

Proqrama  nəzər yetirməzdən əvvəl gəlin görək, universitetlərin rəqabətədavamlığı  nədir?  Beynəlxalq təcrübədə  universitetlərin rəqabətədavamlığı meyarları  təxminən belə təyin edilib: 


1. Universitetdə  təhsilin keyfiyyət səviyyəsi (yəni, universitet ENQA - Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının akkreditasiyasından keçibmi?)  

2. Universitetdə aparılan  elmi- tədqiqatlar  və onların  nəticələrinin kommersialaşdırılması səviyyəsi necədir?

3. İşəgötürənlərin ATM məzunlarına  olan tələbatı.  

4. Universitetin qlobal reytinqlərdə yeri

5. Universitetin  əsas  ixtisaslar  üzrə reputasiyası

6. Büdcə hesabına təhsil alan tələbələrin sayı

7. Tələbələrin xaricdə təhsil imkanları (tələbə mobilliyi)

8. Universitet yataqxanalarında yerlərin sayı

9. Universitetin rəqəmsal transformasiya  vəziyyəti

10. Universitetin  distant təhsil imkanı 


Bu meyarlarla dövlət proqramına nəzər salsaq görərik ki, proqramda universitetlərin  rəqabətədavamlılığı ideyası çox zəif  əks edilmişdi. Bu səbəbdən proqram universitetlərimizin  rəqabətədavamlığını  təmin edə bilməzdi. Belə təsəvvür yaranır ki, bu proqramı hazırlayanlar  universitetlərin  rəqabətədavamlığı  anlayışı  barədə zəif təsəvvürə malik olublar.  Ona görə də proqramı universitetlərimizin  rəqabətədavamlığını  yüksəldə bilmədi. Şübhəsi olan yuxarıdakı 10 meyara bir daha baxsın.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsil islahatı:   30 ayda nə dəyişdi? İlham Əhmədov

Təhsil islahatı: 30 ayda nə dəyişdi? İlham Əhmədov

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında