Azərbaycanda ən çox bu xəstəliklər yayılıb - STATİSTİKA
Son dövrlər əhalinin İcbari Tibbi Sığorta zərfi çərçivəsində bir sıra tibbi xidmətlər alıblar. Həm Bakı şəhərində, həm bölgələrdə səhiyyə xidmətləri alan şəxslərin sayı açıqlanıb. Əsasən də, bəzi xəstəliklər üzrə göstəricilərdə artım müşahidə olunub.
Həmin statistikasını təqdim edir:
Tənəffüs orqanlarının xəstəlikləri – 892452 nəfər
Bəzi infeksion və parazitar xəstəliklər – 208019 nəfər
Həzm sisteminin xəstəliklər – 174334 nəfər
Qan dövranı sisteminin xəstəliklər – 167204 nəfər
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – 109123 nəfər
Sidik-cinsiyyət sisteminin xəstəlikləri – 105013 nəfər
Göz və gözün əlavə aparatının xəstəlikləri – 103231 nəfər
Sinir sistemi xəstəlikləri – 87951 nəfər
Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular – 63336 nəfər
Dəri və dərialtı toxumanın xəstəlikləri – 59628 nəfər
Qulağın və məməyəbənzər çıxıntının xəstəliyi – 56466 nəfər
Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları – 51777 nəfər
Hamiləlik, doğuş və zahılıq dövründə - 44363 nəfər
Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri – 41891 nəfər
Yenitörəmələr – 14841 nəfər
Psixi pozuntular və davranış pozuntuları – 14409 nəfər
Qeyd edək ki, rəqəmlər xəstəlik sinifləri üzrə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrə aiddir.