AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
17 fevral 2023
1 010


Məktəblərdə son vaxtlar müəllim-şagird münasibətlərində soyuqluq əmələ gəlib - Nadir İsrafilov




"Bizim dövrümüzdə qızların dərsdən qaçması deyilən bir anlayış olmayıb. Yəni, Sovet dönəmində qaçmaq oğlanlara xas olub və onlar da dərsdən iki qiyməti almamaqdan ötrü qaçırdılar. Həmin vaxtlar təhsildən yayınmaya görə direktor, onun müavini işdən azad oluna bilərdi. Yəni, bu məsələlərə həddindən artıq çox ciddi baxılırdı".


Bu sözləri təhsil eksperti Nadir İsrafilov deyib. Ekspertin sözlərinə görə, dünyaya çıxış məktəblilərin tərbiyəsinə də öz təsirini göstərib:


"Bu gün internet əsridir, hər kəsin dünyaya çıxışı rahatdır. Düşünürəm ki, bu da təhsilə öz mənfi təsirini göstərib. Bu gün ən böyük problemimiz odur ki, təhsildə ifrat dərəcədə "kim neçə bal toplayacaq, ali məktəbə girəcək" kimi mövzular dolaşır. Bu isə düzgün deyil. Çünki məktəb təlim-tərbiyə müəssisəsidir. Bu gün bizdə əsas diqqət təlimə gedir, tərbiyə isə bir növ kölgədə qalıb. Məktəblərdə son vaxtlar müəllim-şagird münasibətlərində soyuqluq əmələ gəlib. Kimi bu məsələdə məktəbi-müəllimi günahlandırır, kimisi də şagirdi. Biz burada ancaq günahkar axtarırıq. Hansısa direktoru işdən çıxartmaqla, kim zəmanət verə bilər ki, bu məsələ dayanacaq? Bu məsələyə kompleks yanaşmaq lazımdır".

Ekspert diqqətə çatdırıb ki, bu gün valideyn məsuliyyəti də yoxdur. 


"Bəzi valideynlər uşağı məktəbə saxlama kamerası məqsədilə göndərir. "Getsin, təki mənim başım rahat olsun" kimi düşünən valideynlər az deyil. Təəssüf ki, bu gün valideynlər məsuliyyətə cəlb edilmir. Ancaq dünyanın  əksər ölkələrində valideyn məsuliyyəti var. Ümumiyyətlə, tərbiyə işi ailədən başlayır. Ailə tərbiyəsini uşaq beşikdən görməlidir. Yəni, 6 yaşına qədər uşaq valideynin yanında olur və heç olmasa onun ilkin tərbiyəsi olsun. Məktəbdə məsuliyyət şagird-valideyn-müəllim arasında bərabər paylaşılmayacaqsa, bu cür halların baş verməsi də qaçılmaz olacaq".




Загрузка...
Həmçinin oxuyun:
İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təlim - tərbiyənin psixologiyası

Təlim - tərbiyənin psixologiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Vahid imtahan modelinə doğru?

Vahid imtahan modelinə doğru?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu