AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
04 yanvar 2023
2 449


Məktəbin idarə olunma komponentləri




 Məktəb idarəetmə sistemlərinin komponentləri texnologiyanın sürətlə irəliləməsi ilə populyarlaşdı. 


Məktəbin texnoloji idarəetmə sistemi şagird, valideyn və müəllimləri vahid bir 

platforma altında birləşdirir və idarə olunmada sənəd işlərinin azaldılmasına kömək edir. Məktəb 

idarəetmə sisteminin vacib və mümkün həllini təqdim edən sahələr vardır: 


1. Məktəbə qəbul 

Məktəbə qəbul (şagird, müəllim və digər işçilər) müasir idarəetmə sisteminin ilkin mərhələsi 

kimi sorğuların keçirilməsi ilə həyata keçirilir. Məktəbə qəbul asan yolla həyata keçirilir. Burada 

hər bir şagirdin onlayn sənədinin təsdiqlənməsi üçün şagirdin əldə etdiyi qiymətləndirmə cədvəli 

onlayn qeydiyyatdan keçirilməli, həmçinin, şagird və valideyn haqqında məlumatlar da daxil 

edilməlidir. Qəbul prosesinin idarə olunması bir çox xüsusiyyəti özündə cəmləşdirir: 

 Qəbul sorğusu, forması və təsdiqlənməsi;

 Şagirdlərlə birbaşa əlaqə və onlayn qəbul üçün məktəb saytlarının tənzimlənməsi; 

Qəbul nəticələri üzrə şərhlər. 


2. Davamiyyət prosesinə nəzarət 

Məktəbdə davamiyyətin idarə olunması sistemi gündəlik aparılanbir prosedurdur. 

Dərslərə davamiyyət nisbətinin ölçülməsi vacibdir, beləki, davamiyyət şagirdlərin ardıcıl olaraq 

akademik səviyyədə uğur qazanmasını yüksəldir. Ənənəvi olaraq məlumat müəllim tərəfindən 

müəyyən edilir və menecerlər tərəfindən qeydə alınır. Çox sayda dərsdə iştirak etməyən şagirdlər 

üçün bilik və bacarıqları müəyyən etmək çətin olur. Bəzən dərs zamanı davamiyyətin 

yoxlanılması müəllimlərin vaxtının səmərəli keçirilməsinə mənfi təsir edir. Onlayn vasitəsilə 

davamiyyətin idarə olunması və ya elektron iştirakçılıq məktəblərdə tətbiq olunan yeni bir 

mexanizmdir və aşağıdakı məqsədləri vardır.


 Şagirdlərin təhlükəsizliyini təmin edir;

 Müəllimlərin məhsuldarlığını artırır;

 Valideynlər və müəllimlər arasında ünsiyyəti yaxşılaşdırır;

 İntizam və dəqiqliyi inkişaf etdirir; 

 Şagirdlərin nəticələri və davranışını yaxşılaşdırır;

 Maaş hesablanmasını təkmilləşdirir;

 Vaxta qənaət edir və hava şəraitindən asılı olmayaraq (güclü qar və qasırğa) təlim 

mühitini təmin edir. 

Əl ilə aparılan prosesdən fərqli olaraq onlayn sistem asanlıqla rəhbərliyə şagirdlərin 

iştirak məlumatlarının tələbata uyğun olaraq təhlil edilməsində kömək edir. Bunun üçün 

məlumatların şərhini sadə şəkildə asanlaşdıran qrafik hesabatlar mövcuddur. Davamiyyət 

avtomatlaşdırıldıqda sənədləşmə işlərinin azaldılması və səhvlərin aradan qaldırılması 

mümkündür.

 

3. Şagirdlərin qiymətləndirilməsi 

Məktəbin idarə olunmasının əsas göstəricilərindən biri də şagird nailiyyətlərinin 

qiymətləndirilməsi və keyfiyyətin təmin edilməsidir. Müəllimlər ev tapşırıqlarının tamamlanması 

barədə onlayn hesabat hazırlayır və bu barədə valideynlərə elektron bildirişlər göndərirlər. 

Çevik qiymətləndirmə sistemi fərdi işlər, sınaqlar, testlər və imtahanlarla əlaqəli məlumatları 

idarə etməyə və müvafiq hesabatlar hazırlamağa imkanı verir. Burada şagird fəaliyyətinin 

aydın meyarları təmin edilir və aşağıdakı fəaliyyətlər daxil edilir: 

 Davamlı prosesdə qiymətləndirmə;

 İmtahan prosesinin təsviri və qiymətləndirilmə meyarları; 

 Statistik şərh və qrafik hesabatlar.

4. Akademik idarə olunma 

 Məktəb heyətinin idarə olunması (rəhbərlik, menecerlər, müəllimlər və işçi heyəti); 

 Liderlik işinin təşkili və idarə olunması (idarəedici liderlərin yaradılması);

 Müəllim fəaliyyətinin idarə olunması (müəllimlərin qiymətləndirilməsi və peşəkar 

inkişafı); 

 Şagirdlərlə işin təşkili və idarə olunması

(şagirdlərin təsnifatı və 

qruplaşdırılması); 

 Valideynlər və maraqlı tərəflərin idarəolunması (valideyn assosiasiyaları);

 Tədrisin təşkili və idarə olunması (dərs cədvəlləri və müəllimlərin iş rejimi);

 Tədris proqramının (kurikulum) idarə olunması;

 Təlimin (sinfin) idarə olunması (müasir texnologiyalar);

 Xüsusi təhsilin təşkili və idarə olunması (inklüziv təhsilin təşkili);

 Sinifdən xaric işin idarə olunması (şagird ünsiyyətinin formalaşdırılması);

 Keyfiyyətin təmin olunmasının idarə olunması (daxili və xarici qiymətləndirmə);

 İmtahan prosesinin idarə olunması (yarımillik və illik imtahanların təşkili); 

 Nəticələrin idarə olunması (imtahan nəticələrinin elan olunması);

 Məlumat sisteminin idarə olunması (İKT sistemi və TİMS, 

TEMPUS və OSEP proqramları); 

 Maddi-texniki baza və maliyyə müstəqilliyinin idarə olunması.

Beləliklə, məktəbin müasir mexanizmlərlə idarə olunması onun fiziki, 

psixoloji və pedaqoji mühitini müasir yanaşmalarla təmin edən bir 

sistem kimi məktəbdə keyfiyyətin əldə olunması və məktəbin davamlı 

inkişafını təmin edir.

ƏLİ MEHDİYEV 




Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Metodbirləşmələr

Metodbirləşmələr

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu