AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
07 noyabr 2022
1 040


Azərbaycan Zəfər Günün Mübarək!




Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 


Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi Azərbaycannın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə olaraq tariximizə şanlı səhifələr yazıldı. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün, haqq savaşımızın Zəfər Qələbəsi ilə başa çatdığı gün kimi tarixə yazıldı.


Müharibə dövründə bir xalq kimi nümayiş etdirdiyimiz milli birlik və siyasi həmrəylik Qarabağ zəfərini şərtləndirən mühüm amillərdən biridir. Bu gün Zəfərimiz dünənimizə, bu günümüzə və gələcəyimizə bir baxışdır. Elm və Təhsil nazirinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili nəzərdə tutulub. 


Belə tədbirlərdən biri olan Bakı şəhəri, Yasamal raonundakı Azərbaycanın Milli Qəhrəmanı A.İ Məmmədov adına 38 nömrəli məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfərə gedən yol" adlı tədbirdə  məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri,  ictimaiyyətin digər nümayəndələri iştirak edirdilər. 



Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaqut Əfəndiyeva bildirdi ki, məktəbin vəzifəsi öz yetirmələrinə təkcə müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları peşə seçiminə və əmək fəaliyyətinə hazırlamaq deyil, həm də  onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək, insana qanla, genlə keçən milli mənsubiyyət və vətənpərvərlik hisslərini üzə çıxarmaq və daha da inkişaf etdirməkdir. Bu mənada vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Vətən uğrunda canından keçənlərin əziz xatirəsi daim ürəklərdə yaşayıb və bundan sonra da yaşayacaq. Məktəbimiz təkcə I Qarabağ savaşında 7 şəhid verib. Onlar kollektivimiz tərəfindən qürurla anılır, qədir bilən xalqımız tərəfindən ehtiramla yad edilir.


Bildirildi ki, tədbirdə iştirak edən məktəbin məzunu Qarabağ qazisi Abbas Abbaslı 17.05.1997-ci ildə Bakı şəhəri Yasamal rayonunda anadan olub. Həmin məktəbi 2003-2014-cü illərdə bitirib. 2014 - 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini oxuyub, bakalavr dərəcəsi alıb. 2018 - 2020 - ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə olunması ixtisasını bitirərək, magistr dərəcəsinə yiyələnib. 21. 07. 2020-ci ildə qardaşı ilə birgə hərbi xidmətə yollanıb. 44 günlük müharibədə D-44 topunda baş tuşlayıcı vəzifəsini icra edib. Agcabədi,Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətindəki döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşldə bir ayağını itirib. Prezident tərəfindən 4 medalla təltif olunub.


Tədbirdə hər iki valideyninin iştirak etdiyi ağır döyüş yolu keçən xüsusi təyinatlı Salahov Elvin Sabir oğlu  Şuşada şəhid olub bir çox orden və medallarla təltif olunub .



Tədbir məktəblilərin ifasında  ədəbi-bədii kompozisiya ilə başa çatıb




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

İmdad Bayramov: Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Zəfər yolu” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Zəfər yolu” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb