AzTehsil.com
EN


Xəbərlər / Direktor
17 mart 2021
1 133


Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.



Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

 

Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev xalqımızın Ümümmilli lider Heydər Əliyevin müqəddəs vəsiyyətini ölkə həyatının bütün sahələri ilə yanaşı,həm diplomatiya müstəvisində,həm döyüş meydanında yenilməz bilik və bacarıq,mərdlik və cəsarət nümayiş etdirməklə,Azərbaycan Ordusunun fədakarlığı və igidliyi sayəsində işğal altında olan ərazini erməni faşistlərindən azad etdi.

Ali Baş Komandan Şuşa şəhərini işğaldan azad olunduğu 8 noyabr 2020-ci il tarixində Ulu Öndərin məzarını ziyarət edərək qürürla,bir az da kövrək duyğularla atasının ruhu qarşısında baş əydi,ata vəsiyyətini yerinə yetirdiyindən xoşbəxt olduğunu ifadə etdi.
Ümummilli Liderin ən layiqli siyasi varisi İlham Əliyev Ulu öndərin vəsiyyətinin və onun ən yüksək səvyyədə yerinə yetirməsi Azərbaycanın müasir tarixində xalqımızın mənəvi dəyərlərinin zənginləşdirən parlaq səhifələrindəndir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair Avropa İttifaqı, Avropa Şurası,İslam Əməkdaşlıq Təşkilatı,Qoşulmama Hərakatı və s.beynalxalq təşkilatlar, təəssüf ki,təcavüzkara təsir etmək iqtidarında olmadı.Əksinə illər ötdükcə havadarlarına güvənərək BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən azğınlaşan düşmən Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazilər- Tərtər,Tovuz,Qazax,Gədəbəy,Daşkəsən rayonlarının yaşayış məntəqələrini də mütamadi olaraq atəşə tutur,dinc əhaliyə qarşı maddi və mənəvi zərbə vurmaqda davam edirdi.

Otuz ilə yaxın müddət ərzində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi dəyişməz olmuşdur.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxaq səviyyədə tanınmış ərazisindən çıxarılması,ölkəmizin ərazi bütövliyi təmin olunması,eləcə də bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin tarixən yaşadıqları yurdlarına qayıtmaları kimi hüquqlarının bərpa olduğu təqdirdə,Qarabağ erməni icmasına Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verilməsi məsələsinin müzakirə olunması mümkünlüyü barədə bəyanatlar verilmişdir.Lakin qarşı tərəf işğal etdikləri əraziləri daha da genişləndirmək niyyəti ilə yenidən müharibəyə hazırlıq istiqamətində genişmiqyaslı tədbirlər görülməkdə davam etmişdir.Bu ərazilərdə hücum və müdafiə zamanı yerdəyişmələr və manevrlər etmək məqsədi ilə öz düşüncələri çərçivəsində keçilməz səngərlər,yeraltı sığınacaqlar qurmuş,müxtəf növ silahlar, tanklar,hərbi maşınlar,təyyarələr,raket qurğuları əldə etmişlər.

  Qarabağdakı soyqırım müəllifi,hərbi cinayətkar Sersarkisyanın hökumətini  devirərək baş nazir vazifəsini tutan Paşinyan hakimiyyəti zəpt etdikdən az müddət sonra bənzəri olmayan azğınlıqla Xankəndində "Qarabağ Ermənistandır”.nöqtə deməklə bəyanat səsləndirdi və bununla da BMT TŞ-nın qətnamələrinin icra etməyəcəyini və Minsk qrupunun iştirakı ilə aparılan sülh danışıqlarının əhəmiyyətsizliyini dünyaya nümayiş etdirdi. Bundan sonra ətrafındakı tör-töküntüləri ilə birlikdə Azərbaycanın qürur mənbəyi olan Şuşa şəhərinə gedərək,vaxtı ilə Qarabağ xanlarının yarışlar təşkil etdikləri Cıdır düzündə sərxoş vəziyyətdə nümayişkaranə tərzdə rəqs etdi.

Azərbaycan Respublikasının  Prezidenti yenə də səbir və dözüm nümayiş etdirdi və beynəlxalq təşkilatının iclasında dəfələrlə mövcud reallığı Paşinyanın siyasətində Ermənistana anlatmağa cəhd etdi.Sonuncu dəfə isə Münhen Təhlükəsizlik Konfransında jurnalistin Qarabağla bağlı sualları debatda haq-ədalətə söykənərək tarixi faktlara əsaslanan dəlillərlə beynəlxalq qanun və Konvensiyalara,BMT TŞ-nın müvafiq qətnamələrinə istinad etməklə Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını bir daha sübut etdi.

Artıq dünyanın güclü silahlı qüvvələr arasına daxıl olan Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin uzun illər ərzində göstərdiyi dözüm və səbrinin tükəndiyi son anda Ermənistan ordusunun silahlı qüvvələri 27 sentyabr 2020-ci il tarixində səhər saat 06-da Azərbaycanın yaşayış məntəqələrini iriçaplı ağır artileriya qurğularından atəşə tutdu.Müxtəlif tipli ağır texnika ilə sərhədlərimizi pozaraq yaşayış məntəqələrimizə mütəşəkkil hücüm göstərdi ki,düşmənin növbəti təcavüzü açıq-aşkar  yeni ərazilərimizin işğalına,dinc əhalinin məhv edilməsinə yönəldilib. 

Ali Baş Komandan İlham Əliyevi torpaqlarımızın düşməndən hərbi yolla azad edilməsi üçün illər uzunu əmr gözləyən əsgərlərimizə”İRƏLİ”! komandasını verdi.
Otuz il ərzində yaratdıqları maneələri və istehkamları dəf etmək nə qədər çətin olsa belə,vətənə,xalqa,Ali Baş Komandana olan sevgi,sarsılmaz milli ruh, habelə düşmənin dözülməz xislətinə və xəyanətinə qarşı illərlə formalaşmış nifrət hisləri ölümün gözünün içinə Şəhidlik zirvəsindən baxan əsgərlərimizi Zəfər qələbəsi naminə yalnız irəli apardı.

44 gün davam edən Vətən müharibəsi hər bir Azərbaycaniıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.Məğrur və igid əsgərlərimizin döyüş meydanında göstərdikləri yenilməz şücaət,qəhrəmanlıq nümunələri milli hərb tarixində eləcə də xalqımızın yaddaşına Azərbaycan əsgərinin XXl əsrin döyüş salnaməsi kimi həkk olundu.

Düşmən qüvvələrinin müqavimətini qırıb,igid əsgərimizin irəliyə doğru atdıqları hər addım,dəf olunan istehkamlar,hər bir yüksəkliyin,kəndin, rayonun,şəhərinin azad edilməsini televiziya ekranları vasitəsi ilə canlı yayımda məhz Ali Baş Komandanın özü tərəfindən hər kəsin qəlbini oxşayan səmimi ifadələrlə xalqımıza elan etməsi hər bir azrbaycanlının,30 il ərzində qəlbində yaşatdığı nisgil hissləri əbədi xoşbəxt duyğularla əvəz edir,bütün dünya azərbaycanlıların ümummilli bayrama çevrilərək xüsusi təntənə ilə qeyd olunurdu.

44  gün davam edən müharibədə məğlub olan Ermənistan Baş naziri Paşinyanın simasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vasitəçiliyi və iştiraki ilə təslim bəyanatının imzalayaraq Azərbaycan Respublikasının Prezidentinin qarşısında diz çökdü,qalan üç rayon və ətraf əraziləri qısa müddət ərzində könüllü olaraq Azərbaycana təhvil vermək barəsində öhdəlik qəbul etdi.

Azərbaycan üçün bu müharibə təcavüzkar və işğalçı düşmənə qarşı doğma torpaqlarının azadlığı uğrunda apardığı Vətən müharibəsi idi.Döyüşlərdə həlak olmuş gənclərimiz Vətən torpaqları uğrunda şəhidlik zirvəsinə yüksələn,həmişə xalqımızın qəlbində yaşayacaq Vətənin şanlı və qəhrəman oğullarıdır.
Müharibə dövründə torpaqlarımızla bərabər Milli ruhumuz da geri qaytarıldı.

Xalq öz Ali Baş Komandanınının ətrafında "DƏMİR YUMRUQ” olaraq Azərbaycanın  əzəli dədə-baba torpaqları olan QARABAĞI  azad etdi.
    Yeni yazılan Azərbaycan tarixində "QARABAĞ AZƏRBAYCANDIR!” sözləri qızılı hərflərlə yazıldı və əbədi olaraq Azərbaycan xalqının  şüarına çevrildi.

Zaqatala şəhər 5 nömrəli tam orta məktəbin direktor əvəzi Xanım Hacıyeva Məmmədrəsul qızı



Загрузка...
Həmçinin oxuyun:
Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Şuşa ətrafında döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi TƏHVİL ALINDI

Şuşa ətrafında döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi TƏHVİL ALINDI

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır

Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır