Xəbərlər
03 oktyabr 2022
942


600 bal toplayanlar məktəbin yerini bilmir


Ölkənin ümumtəhsil məktəblərində dərsə davamiyyət önəmli amildir.


Lakin son illər bu istiqamətdə problem daha da genişlənir. Xüsusilə də orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi, yaxud kitabların toplanmasından sonra, eləcə də adi tədris günlərində buraxılış siniflərində çox az sayda şagirdə rast gəlmək olur. Bugünlərdə bu mövzu ilə bağlı yayılan məlumat isə təəccüb doğurur. Belə ki, hələ dərs ilinin başlanğıcı olmasına baxmayaraq, maraqlı hadisə baş verirb. 


Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran və Alnabat kəndlərindəki tam orta məktəblərdə olub. Arıqıran kənd tam orta məktəbində icra başçısı qəribə mənzərə ilə qarşılaşıb. 


Qurumun sosial şəbəkə hesabında yayılan məlumata görə, sözügedən məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir. 


Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb. 


Son illər məktəblərdə belə mənzərənin daha da geniş yayılmasının səbəbi nədir? 


Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, şagirdlərin repetitor yanına getməsi, müəllimlərin də repetitorluq üçün getməsi nəticəsində məktəb boş qalır və bu, birmənlı şəkildə belədir:


“Biz buna görə görə Gədəbəyin icra başçısına təşəkkür etməliyik. Uzun illərdir deyirik və xüsusilə də son iki il ərzində ümumtəhsil məktəblərində şagirdlərin davamiyyəti çox aşağı düşüb. Buna Elm və Təhsil Nazirliyi göz yumur. Bu gün bütün özəl sektorun ödədiyi vergidən Azərbycan təhsilinin saxlanmasına 4 milyard manatdan artıq vəsait ayrılır. Ancaq bu vəsaiti nazirlik qrant və digər layihələrlə göyə sovurur. Həmin məktəbin təmirinə, yaxud qrand layihələrə nə qədər vəsaitin ayrıldığını görmək olar. Bu məktəblər xüsusilə ETN tərəfindən seçilib, xüsusilə diqqət və qayğı göstərilən məktəblərdir. Yəni hansısa valideynlərdən pul alıb şagirdlər o məktəblərə göndərilir, başqa sözlə desək, uşaqların adı məktəbdə gedir, özləri isə yoxdur. Mən əminliklə deyirəm ki, ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentdən son oxudugu məktəbinin yerini soruşsaz əksəriyyəti bilməyəcək. Çünki adları məktəbdə gedir, özləri isə hazırlıq kurslarında, repetitor yanındadırlar. Ancaq dövlət büdcəsindən müəllimə, direktora maaş ayrılır”. 


Ekspert deyir ki, vəziyyət yaxşıya doğru dəyişmir:


“Bu, regional təhsil idarələri yaranandan sonra daha da bərbad hala düşdü. Nazirlik bunu regional təhsil idarələrinin üzərinə atır, onlar da bu istiqamətdə iş apara bilmir. Çünki kiçik bir idarə bu qədər məktəbə nəzarət edə bilməz, təhsilin idarə edilməsi təcrübəsi yoxdur”. 


Ekspertin sözlərinə görə, məktəblərin girişində turniklər quraşdırılımalıdır: 


“Şagird məktəbə gələrkən birmənalı şəkildə əlini vuraraq əl izi ilə orada olduğunu təsdiqləməlidir. Bu gün davamiyyət yoxlanılmır, mexanizm həyata keçirilmir. Əgər 9-cu sinifi qurtarandan sonra statistikaya baxsaq, şagirdlər kütləvi şəkildə rayon məktəblərinə gedirlər. Direktorlarla razılıq əldə edilir, artıq 9-cu sinifdən sonra uşaqlar qəbul imtahanlarına hazırlaşırlar. Bu gün Azərbaycan məktəbi uşaqların repetitor yanına getməsinə maneədir. Nazirlik də bu maneəni aradan qaldırır”. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Pedaqoji Lüğət

Pedaqoji Lüğət