AzTehsil.com
RU


Xəbərlər
23 aprel 2021
1 216


Musiqi təhsilinə innovasiyalı yanaşma



Musiqi təhsilinə innovasiyalı yanaşma

 

BMA-nın pandemiya dövründə tədris təcrübəsindən

Təhsil hər bir mədəni paradiqmanın bünövrə daşıdır. Cəmiyyətin inkişafının proqram təminatının həyata keçirilməsi məhz təhsilin əsas aspektləri ilə bağlıdır ki, bu da bir tərəfdən, tarixən əvvəlki nəsillərin topladığı keçmiş dövrlərin təcrübə və bilikləri ilə əlaqədardır, digər tərəfdən isə, cəmiyyətin gələcək mövcudluğu üçün fəal mövqeni formalaşdırır. Başqa sözlə desək, cəmiyyət təhsil mühitini yaradır. O, təhsil prosesinə, onun məzmun dolğunluğuna tələbatı formalaşdırır.

COVID-19 dünyanı prinsipial olaraq dəyişdi - dünya görünməyən zərbələrdən titrədi və eyni zamanda, yeni imkanlar əldə etdi, naməlum gerçəkliklə üz-üzə qaldı, sosial əlaqələrin kəsilməsi, təşkilat və müəssisələrin ənənəvi iş rejiminin dəyişməsi bu qəbildəndir.

Sərt reallıq ümumilikdə təhsil sisteminə də toxundu. Ənənəvi, əsrlərlə kök salmış "parta arxasında oturma” bütün dünyada, o cümlədən Azərbaycanda yaranmış epidemioloji vəziyyətlə əlaqədar dəyişərək, təhsil almaq forması kimi mümkünsüz oldu. Ənənəvi "kağız” dərs vəsaitləri isə çox zaman bu və ya digər fənlərin spesifikasına tam olaraq uyğun gəlmir, belə ki, onlar, məsələn, səsli və ya video informasiyanı təqdim etmək imkanına malik deyil. Buna görə də daha mobil tədris formaları - distant təhsil yaratmaq zərurəti meydana gəldi.  

Distant təhsil - pedaqoji texnologiya olub, müstəqil tədris prinsipinə əsaslanır və onun əsasında şəxsiyyətin yaradıcı surətdə özünü inkişaf etdirməsi məqsədi daşıyır. Bu, bilik və bacarıq əldə etmənin humanist forması olub, pedaqogika, psixologiya, ənənəvi tədris, yeni informasiya və telekommunikasiya texnologiyaların nailiyyətlərindən istifadə olunmasına əsaslanıb, zamanından və yerindən asılı olmayaraq, hər bir insana özünü təkmilləşdirmə, ümumi, mədəni və peşəkar səviyyəsini yüksəltməsi üçün şərait və istiqamət yaradır.

Pandemiya total özünütəcridlə müşayiət olunaraq, bütövlükdə bizim hamımızı və bilavasitə tədris prosesini kommunikasiya əlaqələrinə məcbur etdi. Bu halda, bu cür sosial şəraitdə biz Bakı Musiqi Akademiyasının (BMA) divarları arasında aparılan musiqi təhsilinin hazırkı vəziyyətinin effektiv olmasından danışa bilərikmi? Və bu, nə dərəcədə onun akademik nüfuzuna cavab verir, belə ki, təhsil müəssisəsinin əsas məqsədi müasir musiqi xadiminin - ifaçı, dirijor, alim, bəstəkar və b. ixtisasların spesifikasına müvafiq olaraq yetişdirilməsidir.

Məlumdur ki, BMA-nın - dahi Üzeyir bəyin məktəbinin əsas postulatı musiqiçinin şəxsiyyətinin, onun savadının, mənəvi-estetik, yaradıcı fəaliyyətinin təkmilləşdirilməsinə, daim yeni kreativ biliklərin axtarışına, təhsilə, koqnitiv peşəkar özünüifadəyə meylin formalaşmasına nail olmaqdan ibarətdir. Bütün bu sadalananlar tarixən təsdiq olunmuş, aşkar faktlar olub, incəsənətin uğurlu inkişafını şərtləndirən üç başlıca faktora əsaslanır: fəal elmi fikir, inkişaf edən təhsil sistemi, həmçinin biliklərin mobil texniki vasitələrlə ötürülməsi.  BMA-da tədris təcrübəsinə müraciət edək.

Musiqiçi hazırlığında distant təhsil texnologiyalarının (DTT) istifadəsi tədris kurslarında özünü doğruldaraq, qrup məşğələləri üçün nəzərdə tutulur, məsələn, musiqi nəzəriyyəsi, musiqi tarixi və etnomusiqişünaslıq fənlərinin tədrisində tətbiq olunur. DTT-nın musiqiçi tələbələrin tədrisində istifadə olunmasının bəzi üstün cəhətlərini qeyd edək:

1) Elektron təhsil resurslarından birində məhz kursu mənimsəmək üçün tələbəyə vacib olan materialın yerləşdirilməsi mümkündür. Bunlar mətnlər, təqdimatlar, foto-audio və video illüstrasiyalar, tədris-metodiki materiallardan və İnternet şəbəkəsində elektron resurslardan istifadə ilə bağlı qeydlərin göstərilməsi və s. ola bilər (bax: BMA-nın saytında "Elektron təhsil resursları” bölməsi. http://www.musicacademy.edu.az/index.php/elektron-tehsil). Bununla müəllim fənnin mənimsənilməsinin həcmini reqlamentləşdirə bilər, tələbə isə çox sayda müxtəlif mənbələri mənimsəmək məcburiyyətində qalmaz;

2) Tapşırığın yerinə yetirilməsində ciddi vaxt çərçivəsindən çıxmaq imkanı yaranır ki, bu da "borcların” yığılmasının qarşısını alır. Xüsusilə bu, elə fənlərin tədrisində vacibdir ki, dərslərin mütəmadi keçirilməsi fənnin, məsələn, solfecio, harmoniya, xalq musiqisinin əsasları kimi fənlərin uğurla mənimsənilməsində əsas amillərdən biridir.

3) Tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaq imkanı verərək, müxtəlif çətinlik səviyyəli məsələlərə, tələbənin musiqi hazırlığının baza səviyyəsindən asılı olaraq mübadiləyə diqqət yetirmək imkanı yaradır;

4) Tədris prosesinə avtomatik yoxlamalarlatapşırıqları daxil etmək imkanı verir. Təcrübə göstərir ki, musiqi-nəzəri fənlərdə olduğu kimi, musiqi tarixi kurslarında test sistemindən istifadə rahat və effektivdir (BMA-nın saytında "Üzeyir bəyin virtual muzeyi” bölməsində "Azərbaycan xalq musiqisinin əsasları” elektron dərsliyi verilmişdir ki, burada ilk dəfə, multimedia formatında "Didaktik material” nəşr olunaraq, Azərbaycan ənənəvi musiqisinin məqam əsaslarının mənimsənilməsi üzrə keçilmiş materialın praktiki yoxlanılmasını nəzərdə tutur).

Eyni zamanda, tələbələrlə əyani formada tədris zamanı DTT-dan istifadə olunması bir sıra problemlərlə bağlıdır. 

1. Online dərslərin uzun zaman elektron qacetlərin: telefonların, kompüterlərin, planşetlərin ekranları qarşısında keçirilməsi görmənin zəifləməsinə və xəstəliklərə yol açır;
2. DTT tələbənin bütün müstəqil işini kontrol etmək imkanını təmin etmir. Belə ki, harmoniya, polifoniya, musiqi əsərlərinin təhlili kurslarınnda fortepianoda çalmaq üzrə tapşırıqlar yalnız müəllimin bilavasitə iştirakı ilə keçirilə bilər. Bu cəhət həmçinin musiqi ədəbiyyatında əsərlərin şifahi təhlilinə də aiddir. Şifahi təhlil müəllimlə dialoqda keçirilərək, tələbədə  öz fikirlərini formalaşdırmaq və məntiqi surətdə ifadə etmək, nitqini düzgün qurmaq, əldə olunan musiqi-nəzəri bilikləri təcrübədə istifadə etmək bacarığı yaradır.

 Daha bir problem bəzi tələbələrin tapşırıqları yerinə yetirərkən, böyük ehtimalla saxtakarlığa yol vermələri və "köçürmələri” ilə bağlıdır. Buna görə də müəllim tapşırıqları yoxlayarkən son dərəcə diqqətli olmalı və mütləq yoxlamalar keçirməlidir. 

BMA-nın saytında elə məlumat-tədris mühiti (www.musicacademy.edu.az) yaradılmışdır ki, o, tədris-metodik materiallarından operativ istifadə imkanı verir, tədris prosesinin gedişinin düzəldilməsinə, tələbələrin elektron qovluğunun elektron tədris və DTT vasitəsilə  formalaşdırılmasına yol açır.   

Tələbə özünə rahat bir vaxtda burada yerləşdirilən materialla tanış ola bilər ki, bu da ona əlavə biliklər, peşəyönümlü didaktik vəsaitlər əldə etməyə imkan verir.

Elektron kitabxanaların resursları (http://mk.musigi-dunya.az/; http://www.musicacademy.edu.az/struktur/mediateka/notlar.html), məlumat bazaları (http://enene.musigi-dunya.az/; http://atlas.musigi-dunya.az/), saytlar (http://mugam.musigi-dunya.az/; http://qara-qarayev.musigi-dunya.az/; http://xan.musigi-dunya.az/; http://afrasiyab.musigi-dunya.az/; http://saz.musigi-dunya.az/; http://tofiqquliyev.musigi-dunya.az/) və yutub-kanalları  (http://www.musicacademy.edu.az/tedris/video-conference.html; http://lecture.musigi-dunya.az/) seminar məşğələlərin hazırlığında, tələbənin tədris fəaliyyətinin digər növlərində onlara metodik dəstək olur (bax: http://abm.musigi-dunya.az/).

Distant formada videokonfransların - bir neçə uzaq istifadəçinin interaktiv qarşılıqlı təsir texnologiyaları vasitəsilə keçirilməsinin də böyük potensialı vardır, belə ki, onlar eyni elmi mədəni-maarifçi hadisənin iştirakçıları hesab olunur. Bütün bunları BMA-nın yutub-kanalına abunə olmaqla həyata keçirmək mümkündür.

Praktiki olaraq, BMA-da təhsil alan hər bir musiqiçi not mətninin yaradılması və redaktə olunması üçün kompüter proqramları ilə tanışdır. Ansambl və konsertmeyster fəaliyyəti çox zaman musiqi əsərlərinin orijinal işləmələrinin və aranjimanlarının yaradılmasını tələb edir. Kompüter texnologiyaları not yazısının korrektə edilməsini, konsert təqdimatı üçün yaradıcılıq məhsulunun meydana gəlməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Musiqiçi hazırlığında tədris prosesinin təkmilləşməsində elektron dərsliklərin tədrisə daxil edilməsi mütərəqqi vasitədir. Onların çap versiyasından əsas fərqi odur ki, bu məhsullarda multimedia kontentinin tələbələr tərəfindən tam həcmdə istifadə  imkanı reallaşdırılmışdır. Elektron dərsliklər mətnlərin elektron daşıyıcılarda: kompüterlərdə, planşetlərdə, telefonlarda canlandırılması üçün nəzərdə tutulmuşdur. 

Hazırda təhsil sistemi prosesində rəqəmsal texnologiyalar sürətlə inkişaf edir, tədrisin təşkili, o cümlədən, şəxsiyyətin yaradıcı kreativliyi üçün əlavə imkanlar açılır. Lakin bütün bunlarla yanaşı, rəqəmsal inkişafda biz musiqi dünyasının harmoniyasını - səslərlə təcəssüm olunmuş duyğuların dilini qoruyub saxlamalıyıq. 

Tariyel MƏMMƏDOV,

Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi  musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor

 



Загрузка...
Həmçinin oxuyun:
Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Bakı Musiqi Akademiyasından 76 ailəyə ərzaq yardımı

Bakı Musiqi Akademiyasından 76 ailəyə ərzaq yardımı

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Musiqi məktəblərində maaş problemi yaranıb - Nazirlik SÖZ VERDİ

Musiqi məktəblərində maaş problemi yaranıb - Nazirlik SÖZ VERDİ

İbtidai siniflərdə  bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

İbtidai siniflərdə bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?