AzTehsil.com


Xəbərlər / Müəllim
27 aprel 2020
1 881


“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”



 

25 aprel 2020-ci il tarixdə ADPU-nun Elmi Şurasının iclasında universitetin rektoru professor Cəfər Cəfərov pandemiya şəraitində tədrisin təşkili ilə bağlı aşagıdakı fikirlərini bildirmişdir:


Bəşəriyyətin inkişafı boyu yaradıb ortaya çıxartdığı bəzi texnologiyalar, sonradan bəşəriyyətin özünün inkişafını, insanın həyatını, düşüncə tərzini, onun ətraf aləmin reallıqlarını dərketməsini və ətraf mühitə qarşı davranışını köklü surətdə dəyişmişdir. Bunlardan biri də hələ əsası ötən əsrdə qoyulmuş və az bir zaman keçməsinə baxmayaraq sürətli inkişaf yolu keçmiş informasiya texnologiyalarıdır.
İnformasiya texnologiyaları öz inkişafı ilə bəşəriyyətin sahib və alışmış olduğu zaman və məkan kimi fiziki məhdudiyyətlərini ortadan qaldıraraq sanki mövcud dünyamıza paralel yeni bir dünya yaradaraq, alışmış olduğumuz zaman və məkan məfhumlarını tamamilə dəyişərək bu anlayışlara yeni bir məna gətirdi. Bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən istifadə edərək çalışmaq və fəaliyyət göstərmək mümkündür.
İnformasiya texnologiyaları nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişdi. Ona görə də müasir dövrdə müəlliminin əsas vəzifəsi tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivə edə bilmək kimi mühüm elementləri ehtiva edir.
Müasir dövrün tələbələri də bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olmasını arzu və tələb edirlər. Təsadüfi deyil ki, müasir texnologiyalar da bu istəyi təmin etmək üçün bütün imkanlara malikdir. Bu baxımdan məkandan və zamandan asılı olmayan müasir təhsilin və tədrisin təşkili artıq mübahisə edilməyəcək qədər vacib və əhəmiyyətlidir.
Bu gün məsafədən təhsilin uğurla həyata keçirilməsi üçün üç əsas məsələnin həlli vacibdir: əlçatanlıq (öyrənənlərin və ya təlim iştirakçılarının internetə sərbəst çıxışı), kompetensiya (təhsil alanların və təhsil verənlərin informasiya resurslarından və texnologiyalarından istifadə bacarığı) və motivasiya (bu resurslardan istifadə etmək cəhdi və arzusu).
Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.
Bu gün elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmayan, elektron təlimin təşkilinin əsaslarını mənimsəməyən müəllim özünün rəqabətə davamlılığını itirir, həm də müasir ünsiyyət üsullarında mobilliyinin olmaması səbəbi ilə tələbələr üçün maraqsız və arzu edilməz olur. Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur.
Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir.
Elektron təlim (e-Learning) dedikdə müəllim və tələbənin hər hansı elektron təlim mühitindən istifadə etməklə təlim prosesinin təşkili nəzərdə tutulur. Online təlim internet üzərindən real zamanda həyata keçirilən tədris fəaliyyətidir. Bu cür təlim müəllim və tələbənin qarşılıqlı interaktiv əlaqəsidir.
Müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və bu artıq pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəb olaraq ADPU-nun yeni missiyasıdır.
Əlbəttə, bu tədris üsulu son dövr texnoloqiyaların təhsilə göstərdiyi təsirin nəticəsidir və onun metodoloji və pedaqoji tərəfləri təhlil olunmalıdır. Bu tədris vasitəsilə
• Öyrənmə və öyrətmə prosesinin ardıcıllığı müəyyənləşdirilməli;
• Öyrənmə və ya təhsil prosesinin pillələri aydınlaşdırılmalı;
• Biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməli;
• Üz-üzə tədrisdən kifayət qədər fərqli olduğundan elektron təhsildə təhsil verənlərin və təhsil alanların etik davranış məsələləri müəyyənləşdirilməli;
• Və nəhayət məsafədən təhsil üçün yeni metodologiyalar formalaşmalıdır.
ADPU bu gün öz yeni missiyasına uyğun olaraq hazırkı şəraitdə tədris üçün vacib olan və yuxarda qeyd olunan məsələlərin işlənib hazırlanması üzrərində çalışır və artıq yeni tədris ili başlayana qədər elektron təhsilin metodoloji və pedaqoji yanaşmasına dair öz tövsiyələrini geniş təhsil ictimayyətinə təqdim etməyi qarşısına məqsəd qoymuşdur.



Загрузка...
Həmçinin oxuyun:
“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət