AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
05 fevral 2021
1 240


Şəhid müəllimin gələcəyin müəllimi olacaq qızı ilə müsahibə…



 

44 günlük Şanlı Vətən müharibəsində düşmənə dərs, şagirdlərinə nümunə olan qəhrəman müəllimlərimizdən biri də Əvdil Quliyevdir.

Quliyev Əvdil Qardaşxan oğlu 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Ali təsilini Kənd Təsərüffatı Akademiyasında (indiki Gəncə Dövlət Aqrar Universiteti) almışdır. Ali məktəbi leytnant rütbəsilə bitirib. 1996-cı ildə Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 1996-2000-ci illərdə Tovuz rayonunda N saylı hərbi hissədə tağım komandiri kimi qulluq edib baş leytnant rütbəsini almışdır. 2000-ci ildə ailə qurub, üç övladı var. 2019-cu ildə Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbində Hərbi Rəhbər kimi pedaqoji fəaliyyətə başlamışdır. 2020-ci ilin oktyabrın 1-də səfərbərliyə çağırılıb və döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə yaralı zabit yoldaşına yardım edərkən snayper gülləsi ilə yaralanmış, ayın 7-də isə Şəhid olmuşdur. Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda” və "Şuşanın azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.

Biz bu gün qəhrəman müəllimimizin universitetimizin tələbəsi olan qızı ilə həmsöhbət olacağıq. Quluzadə Tamara Əvdil qızı Əvdil müəllimin ilk övladıdır. 2001-ci ilin noyabr ayının 7-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. O hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin III tədris ili tələbəsidir.

Müəyyən axtarışdan sonra onunla əlaqə saxlaya bildik. Axşam saatları olmasına baxmayaraq bu ağır və məsuliyyətli söhbətə necə başlayacağımın həyacanı ilə Tamara xanımla internet üzərindən əlaqə qurdum. Etiraf edim ki, bu anlar mənim üçün həm qürurverici, həm də olduqca təlaşlı idi…

Sizinlə həmsöhbət olmaq mənim üçün həm çox ağır, həyəcanlı, həm də çox şərəfli bir haldır. Siz Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn, Şəhidliyi ilə şagirdlərinə ən böyük nümunəni göstərən qəhrəman müəllimimiz Əvdil Quliyevin qızısınız. Bu necə bir hisdir? Millətin qəhrəmanı olan Şəhid müəllimin qızı olmağın məsuliyyəti haqda danışa bilərsiniz?

Atamın yoxluğu bizi çox sarsıdıb. Mən bununla heç cür barışa bilmirəm. Müəllim və üç övlad atası – bu böyük itkidir. Təsəllim onun ailəsinə və Vətənə olan sevgisi, Şəhadətə ucalan adıdır. Mənim atam Vətən uğrunda canını qurban verib. Mən onunla fəxr edirəm!

Atanızın məktəbdə və ailədəki davranışı, sizlərə, şagirdlərə aşıladıqları haqqında nə deyə bilərsiniz?

Məktəbdə işlədiyi müddətdə özünü savadlı bir müəllim kimi göstərə bilmişdi. Az vaxt içərisində həm müəllim yoldaşları, həm də şagirdləri arasında böyük hörmət qazanmışdı. Atam Vətənini, millətini canından belə artıq sevən insan idi. O, həmişə bizlərə və öz şagirdlərinə vətəni sevməyi və lazım gələrsə, onun yolunda canından belə keçməyə hazır olmağı tövsiyə edərdi.

Aprel döyüşləri, İyul döyüşləri, xüsusən əfsanəvi generalımız Polad Həşimovun n Şəhid olması xəbəri Əvdil müəllimə necə təsir eləmişdi?

İstər Aprel döyüşləri, istərsə də İyul döyüşləri zamanı müharibəyə getməyə can atırdı. Şəhid generalımız Polad Həşimovun və onun zabit yoldaşlarının Şəhid olması sanki onun dincliyini əlindən almışdı. Amma hər dəfə müraciət edəndə yaşına görə müsbət cavab ala bilməməsi onu çox narahat edirdi.

Vətən müharibəsinə çağırılanda sanki onun həyatında yeni bir gün başlamış kimi sevinirdi. Əynində hərbi formanı görmək, onun çoxdankı arzularının həyata keçməsi idi.

Vətən müharibəsinə çağırılanda sizlərə nələri tapşırdı? Döyüşlər vaxtı sizinlə danışırdımı (nələr deyirdi)?

Müharibəyə gedərkən bizləri – anamı, məni, bacımı, qardaşımı nə qədər sevdiyinin bir daha şahidi olduq. Gedərkən hər birimizə anamızın sözlərinə, məsləhətlərinə qulaq asmağı, bir-birimizdən müğayət olmağı tapşırdı. Atam imkan olanda cəbhədən zəng edərdi. Amma bu zənglər çox qısa olardı. Heç bir vaxt harada olduğunu deməzdi. "Hər şey yaxşıdır. Düşmənin məğlubiyyətinə az qalıb.”- deyərdi. Beyləqan raket atəşinə tutulanda anam bizi Bakıya yollamaq istəyirdi. Atam razı olmadı, dedi ki: "Mən burdayam, narahat olmayın!”

Döyüş yoldaşlarının dediklərinə görə həmişə könüllü döyüşlərə qatılırmış. Bir dəfə hərbi əməliyyata gedərkən sürücü yolu azır və ermənilərin pusqusuna düşürlər. Atamın dəstəsi 3 saat döyüşərək pusqudan itkisiz çıxır. Bir dəfə də gecə maşınla gedəndə düşmənin minamyot atəşinə tuş gəliblər. Maşının çadırı çöldən bağlı imiş. Atam özün itirmir. Süngü-bıçaqla çadırı cırıb əsgərləri atəş altından çıxararaq həyatlarını xilas edib. Dəfələrlə yaralı əsgərləri döyüş gedə-gedə atəş altından çıxararaq həyatların xilas eləyib. Zabit yoldaşının dediyinə görə 6 noyabrda Şuşa uğrunda gedən döyüşlər zamanı adsız yüksəklikdə yaralı zabit yoldaşına kömək edərkən snayper atəşi ilə vurulmuş və bir gün sonra Şəhadətə yüksəlmişdir. (T.M. – Əvdil müəllimin Şəhid olduğu tarix həm də Tamaranın doğum günü ilə üst-üstə düşür.)

Atanızın Şəhid olması xəbərini necə öyrəndiniz və necə qarşıladınız?

Atamın şəhid olma xəbəri – o acı xəbər noyabr ayının 7-də gəldi. Yaxınların, qohumların, sonunda isə kənd camaatının yavaş-yavaş qapımıza toplaşması o dəhşətli xəbəri özü ilə gətirdi evimizə, ailəmizə. O dəhşətli günü xatırlamaq bu gün belə çətindir.

Əvdil müəllimin ən böyük arzusu nə idi?

Atamın ən böyük arzusu, təbii ki, Vətənimizin bütövlüyü idi. Hansı ki, bu gün O, bunu öz canı və qanı ilə bərpa edənlərin sırasındadır. Atam bizim yaxşı oxumağımızı, ali təhsil almağımızı həmişə arzu edərdi. Çox yaxşı ki, mənim və bacımın (T.M. – Tamaranın özündən kiçik bacısı da bu il Gəncə Dövlət Universitetinin Texnologiya müəllimliyi ixtisasına qəbul olunub.) tələbə olduğumuzun şahidi oldu. Onun bu arzusunun yerinə yetməsi bizim üçün bir təsəllidir.

Tələbə yoldaşlarına, gənclərə bir Şəhid qızı kimi demək istədiklərin varmı?

Bir Şəhid övladı kimi həm gənclərə, həm də tələbə yoldaşlarıma onlar üçün əziz olan insanlardan ayrı olmağı arzu etməzdim. Amma ortada bir Şəhid atanın ən böyük arzusu – Vətənin azad olması varsa, hər şey bu müqəddəs amaldan sonra gəlir! Şəhadətin mübarək Ata!
 

 

 

 





Загрузка...
Həmçinin oxuyun:
“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə

Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən   qəhrəman Nəsirov İlyas

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən qəhrəman Nəsirov İlyas

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Füzuli istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sevindik İsmayılzadə

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sevindik İsmayılzadə

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi

Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi

Baş çavuş Tural Bayramlı

Baş çavuş Tural Bayramlı

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Şəhid Zamin Rəhimov : “Bilsəniz ki, harada dayanmışam o yerdən əyilib öpərdiniz”

Şəhid Zamin Rəhimov : “Bilsəniz ki, harada dayanmışam o yerdən əyilib öpərdiniz”

Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi