Xəbərlər / Qəhramanlarımız
13 dekabr 2020
1 435


Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

 

Azərbaycanın torpaqları işğaldan azad etmək üçün "Dəmir yumruq” adı altında keçirdiyi hərbi əməliyyatlar zamanı Vətən müharibəsində qəhrəmanlıqları ilə xalqın sevgisini qazananlardan biri də hərbi həkimlər oldu.
 
Onlar çətin şəraitdə, döyüş zonasında yaralıları yenidən həyata və döyüşə qaytardılar. Hərbi həkimlərdən biri isə həm də döyüşərək şəhid olub. O, gizir Sadiq Feyziyevdir.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, qəhrəman həkim S.Feyziyev 1993-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub.

Hərbi Tibb Universitetini bitirərək 2013-cü ildən Tərtər rayonunda cəbhə zonasında yerləşən hərbi hissədə ön xəttdə hərbi həkim kimi 7 ildən çox xidmət edib. 2016-cı ildə "Aprel döyüşləri”ndə iştirak edib.
 
Atası Tahir Feyziyev deyir ki, şəhid oğlu Sadiq 4 il öncə baş verən döyüşlər haqda danışarkən deyib ki, erməni pilotsuz uçuş aparatları onların taborunu vurarkən bir neçə əsgər yaralanıb:

"Komandiri deyib ki, "getmə, səni vuracaqlar”. Sadiq özünü qabağa ataraq atəş zərbələrinin altından yaralı əsgərləri çıxarıb, onlara tibbi yardım göstərib.

Bu vaxt isə özü ayağından xəsarət alaraq yaralanıb. Bu qəhrəmanlığına görə Sadiq Feyziyevi general Hikmət Həsənov mükafatlandırmışdı”.

Vətən Müharibəsində "Qarabağ” ordeni alan polkovnik Teymur Məmmədov hərbi hissə komandiri kimi gizir Sadiq Feyziyevi bir neçə dəfə Fəxri Fərmanla təltif edib. Sadiqə Azərbaycan Ordusunun 100 illik yubileyilə bağlı medal verilib.

Sentyabrın 28-də atasına zəng edərək "set tutmayacaq yerə gedirəm, bir neçə gün danışa bilməyəcəyik, narahat olmayın” deyib. Lakin ondan sonra ailəsi ilə bir də heç vaxt danışa bilməyib.

Şəhid olandan sonra isə neytral zonada qaldığı üçün bir müddət cəsədini götürə bilməyiblər. Noyabrın əvvəlində şəhid gizirin cəsədi götürərək DNT test edilib və ailəsinə təhvil verilib. Sadiq doğulduğu kənddə dəfn edilib.

Döyüş yoldaşları deyir ki, Sadiq Feyziyev irəli hücuma keçən dəstə ilə getməyə bilərdi, arxada qalıb yaralıları qəbul edə bilərmiş.

Tahir Feyziyev bildirir ki, oğlu bu təkliflə razılaşmayıb: "Sadiq deyib ki, mən yoldaşlarımdan arxada qala bilmərəm. Onlarla birgə irəli gedib və döyüşərək həm də yoldaşlarına tibbi yardım göstərib. İlk olaraq Talış kəndi və Suqovuşan qəsəbəsinin azad edilməsində iştirak edib. Sadiq xüsusi təyinatlı dəstə ilə yanaşı irəliləyib, qərargah rəisi də onlarla birgə olub. Suqovuşandan sonra Ağdərə istiqamətində irəliləyərkən snayper Sadiqi vurub və yaralanıb. Ondan sonra qərargah rəisi də vurulub. Sadiq özü yaralı olduğu halda qərargah rəisinə tibbi yardım göstərib. Bu zaman onların olduğu yer raket zərbəsi ilə vurulub, qəlpədən həm Sadiq, həm də qərargah rəisi bir yerdə şəhid olublar”. 

Sadiq Feyziyev evli olub, 2 yaşlı bir oğlu var. Onun həkim kimi hərbi xidmətdə olduğu müddətdə həyat yoldaşı və övladı da cəbhə zonasında, Ağdam rayonunun Təzəkənd kəndinə yaşayıblar.
 

 

 

 

 

 

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Şəhid bacısı: Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram... - VİDEOREPORTAJ

Şəhid bacısı: Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram... - VİDEOREPORTAJ

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Qarabağ qazisi: Ermənilərin postuna az qalmış minaya düşdük - VİDEO

Qarabağ qazisi: Ermənilərin postuna az qalmış minaya düşdük - VİDEO

Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

Tibb Universiteti şəhid olan məzunlarının adını açıqlayıb – FOTO

Tibb Universiteti şəhid olan məzunlarının adını açıqlayıb – FOTO

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycan ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib - FOTO

Azərbaycan ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib - FOTO

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO